İnşa kitabı : 20 yanvar - (Hazır İNŞA)

Diqqət!

Saytdan daha rahat istifadə etmək üçün kompyuterlə daxil olmağınız tövsiyə olunur: insakitabi.blogspot.com

20 yanvar - (Hazır İNŞA)

20 yanvar haqqında (Hazır İNŞA)

        1990-cı ilin yanvar ayının 20-si. Tarixin bu qara səhifəsi, əbədi olaraq, hər bir azərbaycanlı üçün, dünyanın hansı nöqtəsində olmasından fərqli olmayaraq, ümumilli matəm günü kimi qalacaq. Bu faciədə qohumlarını, yaxınlarını və ya soydaşlarını itirən hər bir kəs, 20 Yanvar tarixini gözü yaşlı keçirir.
        20 yanvar tarixindən bir neçə gün əvvəl, Bakı şəhərinin əhalisinə yanlış informasiya çatdırmışdılar. SSRİ-nin mərkəzi aparatının nümayəndələri şəhər əhalisinə belə məlumat vermişdilər ki, Sovet ordusu heç vaxt Azərbaycan paytaxtının dinc əhalisinə qarşı silah işlətməyəcək. Lakin bu qəsdən deyilmiş bir yalan idi. Sovet ordusu gecə ikən şəhərə daxil olaraq yüzlərlə dinc sakini qanına qəltan etdi. O zaman ki, Moskva rəhbərliyi qəddarcasına alçaq bir işə imza atdi.
        Kim idi bu qanlı hadisələrin təşkilatçısı? Cavab birdir. Sovet imperiyası! Bu dəhşətli imperiya 1920-ci ildə olduğu kimi, Azərbaycan xalqının azadlıq və müstəqilliyə qovuşmaq əzmini qırmaq istəyirdi.
        Şəhidlər. 1990-cı ilin qanlı yanvar gecəsində, Sovet ordusunun tankları və texnikası altında həlak olan həmvətənlərimizə xalq belə ad verdi. Şəhidlər Bakı Dağüstü parkın bir xiyabanındadır. Indi, bu xiyaban «Şəhidlər xiyabanı» adlanır. Xiyabanda dəfn olunan şəhidlər, əbədi olaraq xalqın yaddaşında, Vətənin azadlığı uğrunda canlarını fəda etmiş qəhrəmanları kimi yaşayacaqlar. Onları hamı yad edir və edəcək: böyüklər və uşaqlar, cavanlar və qocalar. Şəhidlər xiyabanına şəhərimizin müxtəlif yerindən gəlmiş qonaqlar, bizim millətin and yeri kimi ziyarət edirlər. Şəhidlərin məzar lövhələri üzərini, həmişə matəm rəmzi olan al-qırmızı qərənfillər boyayır.

qanli yanvar insa insa qanli 20 yanvar faciesi 20 yanvar haqqinda inşa 20 yanvar faciəsi

Hiç yorum yok:

Yorum Gönder