İnşa kitabı : doğma şəhərim

Diqqət!

Saytdan daha rahat istifadə etmək üçün kompyuterlə daxil olmağınız tövsiyə olunur: insakitabi.blogspot.com
doğma şəhərim etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
doğma şəhərim etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

Doğma şəhərimi (kəndimi) gələcəkdə necə görmək istərdim? - hazır inşa

Doğma şəhərimi (kəndimi) gələcəkdə necə görmək istərdim? - hazır inşa

        Mən Bakı şəhərində yaşayıram. Bakı Xəzərin sahilində yerləşir. Bakı qədim şəhərdir. Tarixçilərin fikirlərinə görə, şəhərin iki min ildən çox yaşı var. Bakı öz yeraltı sərvəti olan neftə görə dünyada daha çox ad çıxarmışdır. Şəhər zəngin mədəniyyətə malikdir. Bakıda qədim abidələr öz gözəlliyi ilə diqqəti cəlb edir. Şəhərdə çoxlu muzeylər, kitabxanalar, universitet və texnikumlar var.
        Xəzər dənizi şəhərə xüsusi gözəllik verir. Dənizin sahilində salınmış «Milli Park» insanların istirahət və əyləncəsini təmin edir. Bakı gündən-günə böyüyür və gözəlləşir. Son illər paytaxtda keçirilən quruculuq tədbirləri, parkların və xiyabanların abadlaşdırılması, mədəniyyət ocaqlarının müasir tələblər səviyyəsində təmir edilməsi və inşası, nəqliyyat infrastrukturunun əsaslı şəkildə yenidən qurulması Bakı dünyanın inkişaf etmiş şəhərlərindən birinə çevrilməkdədir.
        Şəhərdə ucaldılmış çoxmərtəbəli binalar şəhərimizə xüsusi gözəllik verir.

Doğma şəhərim (kəndim) haqqında əcnəbi turistə nə söyləyərdim? - hazır inşa

Doğma şəhərim (kəndim) haqqında əcnəbi turistə nə söyləyərdim? - hazır inşa

        Mənim doğulub boya başa çatdığım, canımdan əziz bildiyim, sevdiyim, daima, fəxr edib öyündüyüm əziz diyar, qədim şəhər Bakı! Bu şəhər Azərbaycanımızın döyünən ürəyi, vuran qəlbi, onun paytaxtıdır. İki min ildən çox yaşı olan bu qədim şəhər Abşeron yarımadasında yerləşərək, mavi gözlü, çılğın Xəzərin cənub - şərq sahilində, geniş Bakı buxtasında yerləşir. Onun sahilindən üzüyuxarı cərgə binalar, evlər ucalır. Dəniz sahilindən bulvardan başlanan ağaclar, kollar və yaşıllıqlar şəhərimizə xüsusi gözəllik verir.
        Doğma Bakımın gecələri, xüsusilə gözəl olur. Belə ki, sahil boyu uzanan işıq zolaqları sahilə yan almış gəmilər, uzaqdan mavi Xəzərimin sularında bərq vuran neft buruqlarının işıqları şəhərimi daha da gözəl və füsunkar edir. Kilometrlərlə uzanıb gedən dənizkənarı bulvar, qəşəng terrasalar, dekorativ kollar, yamyaşıl ağaclar şəhərimizi bir daha gözəlləşdirir. Milli parkımız Bakı əhalisinin ən sevdiyi istirahət məkanlarındandır.