İnşa kitabı : 20 yanvar

Diqqət!

Saytdan daha rahat istifadə etmək üçün kompyuterlə daxil olmağınız tövsiyə olunur: insakitabi.blogspot.com
20 yanvar etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
20 yanvar etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

20 yanvar - (Hazır İNŞA)

20 yanvar haqqında (Hazır İNŞA)

        1990-cı ilin yanvar ayının 20-si. Tarixin bu qara səhifəsi, əbədi olaraq, hər bir azərbaycanlı üçün, dünyanın hansı nöqtəsində olmasından fərqli olmayaraq, ümumilli matəm günü kimi qalacaq. Bu faciədə qohumlarını, yaxınlarını və ya soydaşlarını itirən hər bir kəs, 20 Yanvar tarixini gözü yaşlı keçirir.
        20 yanvar tarixindən bir neçə gün əvvəl, Bakı şəhərinin əhalisinə yanlış informasiya çatdırmışdılar. SSRİ-nin mərkəzi aparatının nümayəndələri şəhər əhalisinə belə məlumat vermişdilər ki, Sovet ordusu heç vaxt Azərbaycan paytaxtının dinc əhalisinə qarşı silah işlətməyəcək. Lakin bu qəsdən deyilmiş bir yalan idi. Sovet ordusu gecə ikən şəhərə daxil olaraq yüzlərlə dinc sakini qanına qəltan etdi. O zaman ki, Moskva rəhbərliyi qəddarcasına alçaq bir işə imza atdi.
        Kim idi bu qanlı hadisələrin təşkilatçısı? Cavab birdir. Sovet imperiyası! Bu dəhşətli imperiya 1920-ci ildə olduğu kimi, Azərbaycan xalqının azadlıq və müstəqilliyə qovuşmaq əzmini qırmaq istəyirdi.
        Şəhidlər. 1990-cı ilin qanlı yanvar gecəsində, Sovet ordusunun tankları və texnikası altında həlak olan həmvətənlərimizə xalq belə ad verdi. Şəhidlər Bakı Dağüstü parkın bir xiyabanındadır. Indi, bu xiyaban «Şəhidlər xiyabanı» adlanır. Xiyabanda dəfn olunan şəhidlər, əbədi olaraq xalqın yaddaşında, Vətənin azadlığı uğrunda canlarını fəda etmiş qəhrəmanları kimi yaşayacaqlar. Onları hamı yad edir və edəcək: böyüklər və uşaqlar, cavanlar və qocalar. Şəhidlər xiyabanına şəhərimizin müxtəlif yerindən gəlmiş qonaqlar, bizim millətin and yeri kimi ziyarət edirlər. Şəhidlərin məzar lövhələri üzərini, həmişə matəm rəmzi olan al-qırmızı qərənfillər boyayır.

qanli yanvar insa insa qanli 20 yanvar faciesi 20 yanvar haqqinda inşa 20 yanvar faciəsi

20 yanvar mövzusunda hazır İNŞA

20 yanvar - Qəhrəmanlıq haqqında epos (hazır inşa)

20 yanvar haqqında başqa inşalar:
20 yanvar haqqında hazır İNŞA

20 yanvar - Hazır İNŞA

        Bizim şəhər sülh şəraitində parlaq bir həyat sürürdü. Səhərlər insanlar rahatcasına öz işlərinə gedirdilər. Axşamlar isə şəhər başqa şəklə düşərək bayram əhvali-ruhiyyəsi alırdı: müxtəlif rəngli neon lampaları yanır, insanlar kinoya, teatra və dənizkənarı parka gedirdi. insanlar deyib-gülüb, şənlənirdilər və gələcəkdə nələrin baş verməsindən xəbərsiz idilər.
        Beləliklə mən, Şəhidlər xiyabanındakı əbədi məşəlin qarşısında dayanmışam. Bakı küləyi altında məşəl, daha da alovlanaraq əzəmətlə şölələnir. Bura - müqəddəs məkan olan Şəhidlər xiyabanının girişidir. 1990- cı ildə Azərbaycan Respublikasının günahsız vətəndaşları Sovet Ordusu tərəfindən şəhid edildi. Həmçinin, Şəhidlər xiyabanında şəhid olan yüzlərlə Milli Ordu əsgərinin də məzarı var.
        O gecə Sovet Ordusu bir-iki saat ərzində 170-ə yaxın Azərbaycan vətəndaşını qanına-qəltan etdi. Onların arasında qocalar, uşaqlar və qadınlar var idi. Güllələr və tankların tırtılı onları sülh şəraitindəki adi bir gündə yaxaladı. On üç yaşlı qız öz mənzilində olarkən naqafıl gülləyə tuş gəlmiş, marşrut üzrə işləyən sürücü öz maşınında qətlə yetirilmiş, öz xidməti borcunu yerinə yetirən «təcili yardım» həkimi, xəstə üstünə tələsdiyi vaxt güllələnmişdir.
        Həlak olan bu şəhidlərin misalını mən təsadüfən çəkmədim. Pəncərədəki uşaq xüsusi təyinatlı qoşunun üzlərini görə bilərdi və sonra isə məhkəmədə şahid qismində çıxış edə bilərdi. Marşrut sürücüsü daha çox insanı hadisə yerindən uzaqlaşdıra bilərdi. «Təcili yardım» həkimi daha çox yaralını ölümdən xilas edə bilərdi. Onların bəxti onda gətirmədi ki, məhz onlar o saat orada olmuşdular. Onların yerində bizim hər birimiz ola bilərdik - o gün Bakını zəbt edən qoşunların nifrəti çox böyük idi. Şəhid olanlar Bakı şəhərinin silahsız və müdafiəsiz insanları idi. Onlar şəhid oldular və xalq onları son mənzilə, dünyada misli az görünən əzəmətlə yola saldı.
        O gecə şəhərin küçələrində bir dənə də olsun quldur və soyğunçu yox idi. Küçələrdə adi Bakı sakinləri - əliyalın və silahsız insanlar var idi. Şəhidlərin əzəmətli dəfn mərasiminə şəhərin müxtəlif qəsəbələrindən - Əhmədli, Bayıl, Musabəyov, Bakıxanovdan və s. piyada gəlirdilər. Bakının kəndlərindən yük maşınlarında minlərlə al-qırmızı qərənfillər gətirildi. O gün şəhər bütünlüklə matəm qərənfıllərinə bürünmüşdü.
        Rəsmi statistikaya görə, o gecə 370 adam yaralanmışdır. Çətin ki, onların hamısının yarası axarıdək sağala. Onlardan bəziləri artıq dünyalannı dəyişmişlər, bəzilərinin isə köməyə ehtiyacı var.
        O dəhşətli gecə, sovet tankları bizim millətin ruhunu və əzəmətini əlindən alıb, onu sındırıb zəlil etmək istəyirdi. Lakin, şükürlər olsun ki, alınmadı. Xalq şəhid verdi, amma izzətini vermədi. Qanına bulandı, amma şərəfıni itirmədi.
        Hər il Şəhidlər xiyabanına yüz minlərlə insandan ibarət bir sel axışır. Şəhidlər xiyabanı insanlann daimi ziyarət yerinə, əsgərlərin isə and yerinə çevrilmişdir.
        Şəhidlər xiyabanının həzin-işıqlı alleyasında gəzişdikdə adam o dəhşəti bir daha gözlərinin önündə canlandırmaq istəyir. Artıq 20 ilə yaxın keçməsinə baxmayaraq, o qətl gecəsi xatırlananda qulaqlarda güllə səsi, tankların tırıltısı, ölənlərin və yaralıların naləsi, anaların fəryadı və s. eşidilir.
        Yəqin ki, həyatda ən qeyri-adi səhnələrdən biri - uşaqların qəbiristanda olmasıdır. Lakin, uşaqlar burada ölümə deyil, öz tarixlərinə qovuşurlar. Burada onlar igidlik və ölməzliyi dərk edirlər. Uşaqların gələcəkdə öyrənməli olduqlarını, burada onlara açıq kitab şəklində təqdim edilir. Soyuq yanvar küləyi gözləri qəhrəmanlıqla alovlanan uşaqların istisini apara bilmir.
        Şəhid olan hər bir kəs yanar şama bənzəyir. O yanaraq ətrafdakıları, cəmiyyəti isidir, onlara işıq bəxş edir. Lakin özü aradan gedir. Gedir, lakin ətrafdakıları, cəmiyyəti yaşadır. Tarixən şəhidlər bizim millətin yanar şamı, millətin qeyrət və namus katalizatoru rolunu oynamışlar. Hər il biz 20 Yanvarda şəhidlərə matəm saxlamaqla, bir millət kimi yenidən şücaət və qeyrət məktəbini xatırlayırıq. Yenidən bir yumruq kimi birləşib, düşmənə qarşı intiqam hissi ilə alovianırıq.



qanli yanvar insa insa qanli 20 yanvar faciesi 20 yanvar haqqinda inşa 20 yanvar faciəsi

20 yanvar haqqında hazır İNŞA

20 yanvar haqqında hazır İNŞA


«Biz, vətənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizlə fəxr edirik. Onlann xatirəsi bizim qəlblərimizdə həmişə yaşayacaqdır!»
H.Ə.Əliyev

        20 Yanvar - əbədi olaraq xalqın qəlbində kədər və hüzn günü kimi qalacaqdır.

        O gün - öz xalıqının şərəf və ləyaqətini qorumağa qalxmış yüzdən çox gəncin, qocanın və qadının şəhid olduğu gündür. Xalq düz qırx gün şəhidlərə matəm saxladı.


        Xalq öz Vətəninin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş vətənpərvərlərin xatirəsini çox uca tutur. Həmin gün şəhidlərin ən çox qətlə yetirildiyi yer indi «20 Yanvar» meydanı adlanır. Onların xatirəsinə metro və küçə «20 Yanvar» adlandırılmışdır. Bakı şəhərində və ölkəmizin bir çox bölgələrində şəhidlərin uca xatirəsinə abidələr ucaldılmışdır. Amma 20 Yanvar şəhidlərinə ən böyük abidəni xalq öz qəlbində və xatirəsində ucaltmışdır. Odur ki, mərhum Prezidentimiz Heydər Əliyev qətiyyətlə bütün dünyaya elan etdi: «Azərbaycan Respublikasının müstəqillik məşəli əbədidir və heç vaxt sönməyəcək... Buna bütün dünya inanır. Buna hamıdan qabaq özümüz əminik».



20 yanvar mövzusunda hazır İNŞA


qanli yanvar insa insa qanli 20 yanvar faciesi 20 yanvar haqqinda inşa 20 yanvar faciəsi

20 yanvar - tariximizin faciə və şərəf səhifəsi (İNŞA)

        1988-ci il idi. Tarix boyu həmişə xalqımıza arxadan zərbə vuran, əzəli Azərbaycan ərazilərinin hesabına Ermənistan yaradan bədnam qonşularımız ermənilər yenə torpaq iddiası ilə çıxış etməyə başlamışdılar. Bu dəfə onlar keçmiş ittifaq rəhbərliyindəki və xarici ölkələrdəki lobbilərinin köməyi ilə respublikamızın dilbər guşəsi olan Dağlıq Qarabağı Azərbaycandan qoparıb öz ərazilərinə qatmaq istəyirdilər. Bu məkrli planı həyata keçirmək üçün ermənilər Dağlıq Qarabağın azərbaycanlı əhalisini zorla oradan qovur, soydaşlarımızın yaşadıqları kəndlərə silahlı hücumlar təşkil edir, evləri yandırır, günahsız insanları qətlə yetirirdilər.