İnşa kitabı : C

Diqqət!

Saytdan daha rahat istifadə etmək üçün kompyuterlə daxil olmağınız tövsiyə olunur: insakitabi.blogspot.com
C etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
C etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

Cəmiyyətin həyatında müasir gəncliyin oynadığı rol - hazır inşa

Cəmiyyətin həyatında müasir gəncliyin oynadığı rol - hazır inşa


        Ümummilli liderimiz H.ƏIiyev demişdir: «Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.»
        Gənclik cəmiyyətin ən aktiv təbəqəsidir. Azərbaycanın inkişafında, ictimai-siyasi həyatında, ölkədə keçirilən istənilən tədbirlərdə gəncliyin rolu getdikcə artmaqdadır.
        Bizlər bu gün Azərbaycan vətəndaşı, Azərbaycan gənci olmağımızla fəxr edir, qürur duyuruq. Bu qürur bizdə davamlı inkişafda olan, monolit bünövrəsi Ulu öndərimiz H.ƏIiyev tərəfindən qurulmuş, günbəgün inkişaf edən, bayraqları uca zirvələrə qalxan güclü və sivil bir dövlətdə, doğma Azərbaycanımızda yaşamağımızdan irəli gəlir. Dövlətin gələcəyi və inkişafı gənclərin sağlam düşüncəsindən bəhrələnir. Gənclik cəmiyyətdə özünütəsdiq etmişdir. Gənclər cəmiyyətin ən həssas, hər an qayğıya ehtiyacı olan hissəsidir.
        Dövlətimiz gənclərin sağlam ruhda tərbiyə olunmaları və əsl vətəndaş kimi yetişmələri üçün əlindən gələni əsirgəməz Azərbaycan gəncləri də bu gün ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edir.
        Dövlət başçısının atmış olduğu addımlar və gənclərə verdiyi dəstək nəticəsində gənclər də bir qədər fəallaşır, daha da müsbət nəticələr əldə edir. Mədəniyyət, elm və digər sahələrdə parlaq nailiyyətlər qazanır.
        Artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilmişdir. Hazırda Azərbaycan gəncləri öz bacarıq və qabiliyyətləri, imkanları ilə dünya ictimaiyyətinin diqqətini özünə çəkə bilmişdir.
        İdmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatında iştirak edərək uğuıiu nəticələrə imza atırlar. İdmançılarımız ölkəmizin idman şərəfini hər zaman uca tutur, üçrəngli bayrağımızı göylərə qaldırırlar.
        «Evrovision» beynəlxalq yarışmasının respublikamızda keçirilməsi də məhz gənclərimizin uğurlandır.
        Bu gün informasiya-kommunikasiya və rabitə sahələrində qazandıqları uğurlar göz qabağındadır.
        Düşünürəm ki, dövlətimiz biz gənclərə göstərdiyi qayğı və diqqət bizim məsuliyyətimizi daha da artıracaq, ölkəmizin gələcək inkişafı üçün çiyinlərimizə ağır və şərəfli yük qoyacaqdır. İnanıram ki, biz öz fəaliyyətimizi Prezidentimiz İ.ƏIiyevin biz gənclərə olan inam və etimadını bu gün olduğu kimi, gələcəkdə də doğruldacağıq.
        Azərbaycan gəncliyi cənab Prezident İ.ƏIiyevin yürütdüyü daxili və xarici siyasəti dəstəkləyir və ölkəmizin işıqlı və parlaq gələcəyini məhz onun çiyinlərində görür. Gəncliyimiz Azərbaycan naminə sabahımızdır. Vətənimiz naminə uğurumuzdur, bütövlüyümüz, dilimiz naminə şərəfimizdir. Demək sabahımız, uğurumuz, zəfərimiz bizimlədir.

Cahil təkəbbürlə özündən razı olsa da, təvazökarlıq - idraka birbaşa yoldur - hazır inşa

Cahil təkəbbürlə özündən razı olsa da, təvazökarlıq - idraka birbaşa yoldur - hazır inşa


        Mən cahillik və təvazökarlıq haqqında bir az dərindən düşünmək istəyirəm. Bunlar müxtəlif və zidd bir anlamlardır. Cahil insan - özündən çox razı, özünü başqalarından üstün tutan bir şəxsdir. O, lovğa və təkəbbürlüdür, onunla həmfikir olmağa ümid etməyə dəyməz. Cahil insanlar özlərinə xoş gəlirlər, başqaları isə onları xoşlamırlar. Cahil - xudbin və özünüsevər insandır, tək özünü düşünən və başqalarına bir fayda verməyən adamdır. Onların iddialarına əsasən, elmlər heç vaxt problemləri həll etməyə qadir deyillər. Cahil - yaltaqların dostu və ədavətin atasıdır.
        Mənə elə gəlir ki, Napoleon Bonapart çox özünə vurğun və özündən razı bir insan olmuşdur.
        Döyüşdən sonra o, döyüş meydanını təkəbbürlə gəzərək düşmənlərin cəsədlərinə tamaşa edirdi. Bəs nə, o ki, qəhrəmandır! O hökmdardır! Yəni, hələ ki. Atalar yaxşı deyib: «Sən saydığını say, gör fələk nə sayır». Lakin əsgərlər bəzən onun əməllərini pisləyirdilər. L.Tolstoyun «Hərb və Sülh» romanını oxuduqda Napoleonun surəti bir cahil şəxs kimi təəssürat oyadır. Bizim müasir həyatda da, bəziləri özlərini tərifləyir və diqqət mərkəzində qalmaq istəyirlər, lakin həqiqətdə onlar cahildirlər.
        Təvazökarlıq isə insanı zinətləndirir. Mənim fikrimcə, öz sevimli işini sakitcə və heç kimə mane olmayaraq, özünü tərifləmədən görən insan - hörmətə layiqdir. O özünü tərifləmir, təkəbbür göstərmir və bilgiləri ilə lovğalanmır. Belə təvazökar insanlardan o cümlədən, alimlər və mühəndislər yetişir. Onlar bəşəriyyətə öz töhfələrini bəxş etməyin müqabilində heç bir şey istəmirlər.
        Belə insanlardan biri də, dahi aviakonstruktor S.Korolyov olmuşdur. O, dünyada ilk dəfə, Yuri Qaqarini kosmosa aparan kosmik gəminin müəllifidir. Həmçinin, S.Fyodorov - həmin oftalmoloq ki, onun zəhməti nəticəsində minlərlə insan yenidən görməyə başlayıb. Məşhur kardioloq Akçurin, minlərlə ürək cərrahiyyə əməliyyatları aparmış və insanları ölümdən xilas etmişdir. Bu siyahını uzatmaq olar. Onları bütün dünya tanıyır. Bu şəxslər xalis niyyətlə öz əməllərini edərək, həm Uca Allah yanında hörmət qazanmış və həm də insanlar arasında. Nizami, Nəsimi, Füzuli, Həzi Aslanov, Mehdi Hüseynzadə və s. Onların bəzisi əldə qələm, digərləri isə əldə silah Vətənə xidmət göstərmişlər. Onların təvazökarlığı həmişə insanların qəlbində yaşayacaqdır.
        Elm öyrənməkdə inadlı və israrlı olmaq lazımdır, çünki elmsiz heç bir şey qabağa getməz. Səsdən sürətli laynerlər, iti gedən qatarlar və avtomobillər, nəhəng tikililər və s. - bütün bunların hamısına elmin hesabına nail olunmuşdur.
        Nə vaxtsa dünyada yenidən sülh bərqərar olacaq, atom və kimyəvi silahları məhv edəcəklər (bunlar bədbəxtçilik gətirən silahlar olsa da, insan zehninin məhsuludur). Sülh bərqərar olunduqdan sonra, silahlara xərclənən bütün vəsait bəşəriyyətə fayda vermək üçün xərclənəcəkdir. Dünyada hər bir şey kompyuterləşdiriləcək. Bu necə də gözəldir!
        Hər yerdə mədəniyyət, gözəl əxlaq hakim olacaq. Əlbəttə ki, hər bir evə elm daxil olacaq. Buna görə də, bizə, yəni planetin yaxşı gələcəyini düşünən insanlara, özlərindən razı olan cahillər gərək deyil. Bizə elm oxuyan və mənəviyyatlı insanlar lazımdır.
        Bizim qüdrətimiz - savadlı və mənəviyyatlı insanların sayında və keyfıyyətindədir.

Cəmiyyətin inkişafında liderlərin rolu - hazır inşa

Cəmiyyətin inkişafında liderlərin rolu - hazır inşa

        Azərbaycan xalqının tarixində görkəmli siyasət və dövlət xadimləri çox olmuşdur.
        Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış dövlət xadimi, dünyamiqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Çünki dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət milli lider səviyyəsinə yüksəlmişdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.
        Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır.
        Xalqımızın tarixi taleyində, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük azərbaycanlı idi.
        H.ƏIiyev dünyanın nadir, sevilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi.
        Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran nadir şəxsiyyətlərdən idi. O təkcə güclü idarəedici deyil, həm də sözlərinin çəkisi, sanbalı olan, kütləni arxasınca aparmağı bacaran bir siyasi xadim idi.
        O, mahir psixoloq, insan qəlbinin dərin bilicisi idi. Buna görə də onun gələcəyi görmək qabiliyyəti başqalarına nisbətən daha güclü idi. Siyasətçilər bu dahi insanı «liderlərin lideri» adlandırırlar.
        Bu da bir həqiqətdir ki, dünyada tanınan, sevilən, şəxsiyyətinə, siyasi və dövlətçilik fəaliyyətinə çox böyük hörmətlə yanaşılan H.ƏIiyev haqqında söz demək, fikir söyləməko qədər də asan deyil.
        Biz qürur duyuruq ki, xalqımızın dünyada bu səviyyədə sevilən, hörmət bəslənilən ümummilli lideri olmuşdur. Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır.
        H.ƏIiyev siyasətinin Prezident İ.ƏIiyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında sıx birləşir.

Cəlil Məmmədquluzadənin «Poçt qutusu» əsərində Novruzəlinin faciəsinin səbəblərinə münasibətim - hazır inşa

Cəlil Məmmədquluzadənin «Poçt qutusu» əsərində Novruzəlinin faciəsinin səbəblərinə münasibətim - hazır inşa


        Böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə əsərlərində dövrünün eybəcərliklərini ustalıqla qələmə almış, azərbaycanlıların elmdən, təhsildən uzaq düşmələrindən, varlı təbəqələrlə kasıblar arasındakı bərabərsizlikdən, çar məmurlarının özbaşınalığından acı təəssüf hissi ilə söhbət açmışdır.
        Ədibin ustalıqla qələmə aldığı bu əsərlər böyük təsir gücünə malikdir. Onları mütaliə edən oxucu düşünür və dəyişir, onda cəmiyyətdəki naqis cəhətlərə qarşı nifrət hissi baş qaldırır. Vətənpərvər yazıçının məqsədi də elə nadanlıq və məşəqqət içində yaşayan həmvətənlərini cəhalət yuxusundan oyatmaq idi.
        Bu baxımdan ədibin «Poçt qutusu» hekayəsi çox xarakterikdir. Əsərdə təqdim olunan İtqapan kəndinin sakini Novruzəli ötən əsrin əvvəllərindəki Azərbaycan kəndlilərinin ümumiləşdirilmiş obrazıdır. Novruzəli cəhalət içərisində yaşayan yüzlərlə, minlərlə həmkəndlilərdən biridir. Əsərdə onun başına gələn müsibətlər də ilk növbədə avamlığı ucbatından baş verir. Novruzəlinin sadəlövhlüyü elə bir həddədir ki, o hüquqlarını bilmir, ölənədək özünü xanın qulu sanır. O, söyülür, təhqir edilir, alçaldılır, lakin bunu təbii sanır. Buna görə də ailəsi ehtiyac içində dolansa da, əkib-becərdiyi məhsuldan mütləq xana pay ayırır, ildə bir neçə dəfə ona sovqat gətirir.
        Müəllif Novruzəlinin avamlığını poçt qutusunun önündə daha qabarıq nəzərə çarpdırmışdır. O, xanın verdiyi məktubu qutuya salandan sonra nə edəcəyini bilmir. Əvvəl istəyir ki, poçt qutusunun yanında dayanıb gözləsin, sonra fikirləşir ki, axı nə qədər gözləsin - ulağı acdır, axşam düşənədək evinə qayıtmalıdır. Novruzəli bu fikirləri beynində saf-çürük edərkən bir nəfər xidmətçi gəlib poçtun qapağını açır və məktubları torbaya doldurub aparmaq istəyir. Bunu görən Novruzəli xidmətçinin məktubları oğurladığını düşünür və cəld onun üstünə cumub xanın məktubunu istəyir, xidmətçi məktubu vermədikdə dava salır, onu üzüüstə yerə yıxır...
        Yazıçının hekayədə erməni və rus millətlərinin nümayəndələrinin poçt qutusuna məktub salmaları səhnəsini təsvir etməsi də təsadüfi deyildir. Bununla müəllif digər millətlərin elmə, inkişafa böyük maraq göstərmələrini və buna görə də zamanla ayaqlaşa bildiklərini nəzərə çarpdırmaq istəmişdir. Eyni sözləri müsəlmanlar barədə demək mümkün deyil. Onlar hər vəchlə övladların məktəbə getməkdən yayındırır, cəhalətdən yaxa qurtarmağa heç bir səy göstərmiıiər. Buna görə də həyatları çətinliklər içində keçir. Novruzəlinin əzab-əziyyətli dolanışığı, başına gələn bəlalar, durduğu yerdə külfətini başsız qoyub qazamata düşməsi bunun təsdiqidir.
        Böyük yazıçı C.Məmmədquluzadə belə təzadlı və təsiredici səhnələr təsvir etməklə ilk növbədə azərbaycanlıların gözünü açmaq, onları elmə, inkişafa, öz hüquqlarını anlamağa istiqamətləndirmək istəmişdir. Novruzəlinin faciəsi ayrılıqda götürülmüş tək bir fərdin faciəsi deyildir. Belə hal cəhalət içində boğulan cəmiyyət üçün xarakterik idi. Novruzəliləri faciələrdən qurtarmaq üçün ilk növbədə cəmiyyəti sağaltmaq gərək idi. Xalqını çox sevən, onun acınacaqlı həyat tərzinə ürəkdən acıyan ədibin dövrünün eybəcərliklərinə güzgü tutmaqda məqsədi də elə bu idi.

Cəlil Məmmədquluzadənin «Qurbanəli bəy» hekayəsinin təhlili - hazır inşa

Cəlil Məmmədquluzadənin «Qurbanəli bəy» hekayəsinin təhlili - hazır inşa


        XIX əsrin sonları XX əsrin əvvəllərində yaşayıb-yaratmış böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin yaradıcılığını çox haqlı olaraq ədibin yaşadığı dövrün, xalqın həyatının güzgüsü adlandırırlar. Bu güzgüdə vətəndaş-yazıçının ürək ağrısı ilə cəmiyyətdə müşahidə etdiyi ziddiyyətlər, eybəcərliklər bütün çılpaqlığı ilə əks olunur. Rus hökumətinin, dövlət məmurlarının özbaşınalığının, müsəlman əhalisinə münasibətdə ədalətsizliyinin, din xadimlərinin xalqı cəhalətdə saxlamağa çalışmalarının, yerli bəylərin, torpaq sahiblərinin harınlığı, bir parça çörək üçün səhərdən axşamadək ağır zəhmətə qatlaşan rəiyyətin hüquqsuzluğunun, təhsildən uzaq düşməsinin tənqidi C.Məmmədquluzadənin yaradıcılığından qırmızı xətlə keçir. Yazıçının böyük ustalıqla qələmə aldığı «Qurbanəli bəy» hekayəsi də bu cəhətdən istisna deyildir.
        Müəllif əsəri o qədər məharətlə qələmə almışdır ki, oxucu burada təsvir olunan hadisələrə seyrçi münasibətində qala bilmir, həm də düşünür, onun qəlbində həmvətənlərinin ağır taleyinə, hər addımda üzləşdikləri təhqirlərə bir etiraz baş qaldırır.
        Nə üçün səhərdən axşamadək torpaqdan ayrılmayan, işləməkdən əlləri qabar olan rəiyyət külfətini dolandırmaqda çətinlik çəkir? Adətən, öz fikirlərini lakonik tərzdə ifadə edən C.Məmmədquluzadə «Qurbanəli bəy» hekayəsində pristavın otağındakı yemək stolunu, çəmənlikdəki süfrəni hər xırdalığına qədər qələmə almışdır. Pristavın arvadının adqoyma günü münasibətilə təşkil olunan qonaqlığa hazırlıq səhnəsində növ-növ ləziz təamlardan, müxtəlif ərzaq məhsullarından gen-bol söhbət açılır. Müəllifin məqsədli şəkildə yaratdığı belə təzadlı səhnələrlə tanışlıqdan sonra yuxarıdakı sualın cavabı aydın olur. Rəiyyətin ağır zəhmətlə hasilə gətirdiyi ərzaq məhsulları zorla onların əllərindən alınaraq naçalniklərin, pristavların eyş-işrət məclislərinə aparılır.
        Lakin rəiyyətə zülm verən təkcə rus məmurları deyil. Onlar müsəlman kəndlilərə münasibətdə nə qədər qəddardırlarsa, yerli bəylər, mülkədarlar da öz tabeliklərindəki rəiyyətə heç də onlardan az zülm etmirlər. Əsərin əsas qəhrəmanı Qurbanəli bəy yerli bəylərin tipik nümayəndəsidir. Müəllif «Qapazlı» kəndinin mülkədarı Qurbanəli bəyi ön planda təsvir etməklə həmkəndlilərinin var-yoxunu talayan, rus məmurlarına qulluq göstərmək, onların yanında hörmət qazanmaq üçün dəridən-qabıqdan çıxan yerli bəylərin iç üzünü açıb göstərmək istəmişdir. Qurbanəli bəyin kəndinin adı rəmzi məna daşıyır: «Qapazlı». Adından göründüyü kimi bu kəndin camaatının heç bir hüququ yoxdur. Bunu Qurbanəli bəyin nökəri Kəblə Qasımın timsalında aydın görmək mümkündür. Bəy ona dinclik vermir, söyür, başqalarının yanında təhqir edir, o isə bütün bunları təbii qarşılayır, öz vəzifəsini Qurbanəli bəyə müti şəkildə qulluq göstərməkdə görür.
        Müəllif kəndlilərin hüquqsuzluğunu, rus məmurlarının, yerli bəylərin eyş-işrətdə keçən günləri ilə onların məşəqqətli həyatı arasındakı təzadı başqa səhnələrdə də diqqətə çatdırmışdır. Bu cəhətdən ac-yalavac kəndlilərin işlərini-güclərini ataraq qonaqlığa gələn məmurları əyləndirmək üçün yallı getmələri səhnəsi çox təsirlidir. Biçarə kəndlilərin qol götürüb oynamağa nə taqətləri, nə də həvəsləri var. Ancaq buna məhkumdurlar. Çünki qlavalar əllərində tatarı onları yallı getmək, qonaqlar, xanımlar akoşkalarda görünəndə «ura» deyib qışqırmaq üçün bir yerə yığmışlar.
        Əsərin əsas surəti Qurbanəli bəy hər cəhətdən mənfi obrazdır. O, zahirən nə qədər kobud, çirkindirsə, daxilən də bir o qədər eybəcərdir. Qurbanəli bəy rus məmurlarının qarşısında özünü müti, sədaqətli nökər kimi aparır. O, naçalnikə, pristava, onların arvadlarına yaltaqlanaraq tez-tez təkrar edir: «Mən istəyirəm sizə nökərçilik eləyim», «Nə qədər ki, mən sağam, nökərəm sənə».
        Lakin rəiyyətə münasibətdə Qurbanəli bəyin bu yumşaqlığından əsərəlamət qalmır, o, zalım bir bəyə çevrilir. Onun nökəri Kəblə Qasımla, aşpazı Əli ilə, hətta qulluqçusu ilə kobud rəftarı bunun bariz ifadəsidir.
        Qurbanəli bəyin hərəkətləri, nitqi onun yüngül, bisavad adam olduğunu təsdiqləyir. Heç təsadüfi deyildir ki, qonaqlığa gələnlər onun yüngül davranışını, məntiqsiz danışığını lağa qoyub gülürlər. Əsərin sonunda müəllif Qurbanəli bəyi layiq olduğu yerə aparır o, evinə dəvət etdiyi rus məmurlarından gizlənmək üçün tövlədə atın axurunu seçir və bununla da daha kəskin gülüş hədəfinə çevrilir.
        Beləliklə, biz yeni dövr Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrindən biri ilə tanış olduq. Böyük Mirzə Cəlilin yaradıcılıq dühası əsərin hər sətrində hiss olunur. Hekayənin bu və ya digər məziyyətlərindən söhbət açarkən buradakı dil-üslub orijinallığını xüsusi vurğulamaq gərəkdir. Yazıçı hər tipə uyğun danışıq tərzi seçmişdir ki, bu da hekayənin təbiiliyini və təsir qüvvəsini daha da artırır.

Cəfər Cabbarlının «Ana» şeirində anaya sonsuz məhəbbətin ifadəsi - hazır inşa 2

        C.Cabbarlı bütün yaradıcılığı boyu mənsub olduğu xalqın tərəqqisinə, mədəni inkişafına çalışmış görkəmli dramaturqdur. O, «Sevil», «1905-ci ildə», «Almaz», «Oqtay Eloğlu» və bu kimi başqa pyesləri ilə dramaturgiyamızı xeyli zənginləşdirmiş və bu sahədə bir məktəb yaratmışdır.
        C.Cabbarlı dramaturgiya ilə yanaşı, həm də lirik, satirik şeirlər, mənalı hekayələr, maraqlı ssenarilər, gözəl tərcümələr müəllifi kimi də məşhurdur. Ədibin poeziya yaradıcılığında hər misrası dərin məna tutumuna malik olan və oxucuya yüksək mənəvi keyfiyyətlər aşılayan «Ana» şeiri xüsusi yer tutur.
        Məlumdur ki, ana mövzusu ədəbiyyatımızın daimi mövzularındandır. Görkəmli şairlər, yazıçılar zaman-zaman bu mövzuda qələmlərinin gücünü sınamış, müqəddəs varlıq olan anaya yüksək münasibətlərini, dərin hörmətlərini əks etdirən təsirli əsərlər yaratmışlar. Bununla belə, C.Cabbarlının «Ana» şeiri öz zənginliyi və sənətkarlıq nöqteyi-nəzərindən zirvədə dayanır.
        Şeirlə yaxından tanış olanda C.Cabbarlının anaya sonsuz ehtiram və məhəbbətini hər sətirdə hiss edirsən. Əsərdə şair iki surət yaratmışdır. Bunlardan biri şairin daxili mənini, duyğularını əks etdirən lirik qəhrəman, digəri isə ana obrazıdır. Hər iki surət ümumiləşdirici xarakter kəsb edir. Lirik qəhrəman ana südünü, ana zəhmətini uca tutan övladların nümunəsidir.

 
Ana! Ana!... O adın qarşısında bir qul tək
Həmişə səcdədə olmaq mənə fəxarətdir,
Onun əliylə bəla bəhrinə yuvarlansam
Yenə xəyal edərəm bəzmi-istirahətdir.

        Lirik qəhrəmanın söylədiyi bu misralarla şair bütün öyladların öz analarına olan ürək sözlərini ümumiləşdirmişdir. Təbii ki, hər ana öz övladını zirvədə görmək istəyir, dünyada ən yaxşı nə yarsa ona arzulayır. Ancaq damarlarında halal qan axan beç bir övlad öz anasından yüksəyə qalxmaq iddiasına düşməz və bu heç mümkün də deyil. Bunu C.Cabbarlının lirik qəhrəmanının timsalında da aydın görmək mümkündür. O, anasının ayaqlarından öpməyə belə izn istəyir.
        Şair şeirdə lirik qəhrəmanın dili ilə ananın pak obrazını yaratmışdır. O bizə həyat verən bütün anaların prototipidir. Şeiri oxuyanda təbəssüm oynayan dodaqlarından övladına şirin-şirin lay-lay deyən ananın munis çöhrəsi canlanır. Bütün analar belədir. Ən ciddi ana da öz övladını böyük nəvazişlə oxşayır. Şair əsərdə lirik qəhrəmanın anaya sonsuz məhəbbətini daha qabanq nəzərə çarpdırmaq üçün kəskin təzadlar yaratmışdır. Lirik qəhrəman məğrurdur, nə həyatın çətinlikləri, nə dünya malı qarşısında əyilməzdir. O deyir:

 
Pələnglər tuta dövrüm, çəkilmərəm əsla,
Və ya ki, vəd edələr dövləti-cahanı mənə ki,
Bir kəsə baş əyib iczimi bəyan eyləyim,
Əyilmərəm nə ki yer, versələr səmanı mənə.

        Fəqət belə cəsarətli, şir ürəkli, mərd qəhrəmanın məmnunluqla baş əyməyə hazır olduğu bir sima var. Bu, ədəbi qəhrəmanın bir qultək qarşısında səcdədə olmağı özünə fəxarət sandığı anadır.
        Əsərdə müəllif bir sıra bədii təsvir vasitələrindən bəhrələnmişdir ki, bunlar da şeirin təsir gücünü daha da artırmağa xidmət edir. Məsələn, lirik qəhrəman təbiət qüvvələrinə üz tutur, bildirir ki, nə əsən külək, nə alışıbparlayan ildırım, nə guruldayan, çatlayıb dağılan göy qübbəsi, nə də yağışı yağdıran bulud ona təsir etməz. Titrəyən dodaqlarında lay-lay deyən ananın qarşısında isə ömrün vücudu əsər, ruhu pərvaz eylər. O, «Ana... Ana... Sənə rahibəm itaətdə!» deyib ömrü boyu özünü anaya minnətdar və borclu sanır.

Cabir Novruzun «Sağlığında qiymət verin insanlara» şeirinin təhlili - hazır inşa

Cabir Novruzun «Sağlığında qiymət verin insanlara» şeirinin təhlili - hazır inşa


        Ədəbiyyatımızda ötən əsrin məşhur «altmışıncı illər nəsli»nə mənsub olan Cabir Novruz müasir Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biridir. Şairin yaradıcılığı ilk növbədə mövzu rəngarəngliyi, həyatiliyi və səmimiliyi ilə fərqlənir. C.Novruz şeirlərində fəlsəfi dərinliklə dil sadəliyini birləşdirməyə nail olmuş və müxtəlif zövqlü oxucuların marağını təmin edən, bir növ hamıya yaxın olan poeziya nümunələri yaratmışdır. Onun yaradıcılığında insan amili mühüm yer tutur. Şair ayrı-ayrı şeirlərində insanın mahiyyəti, taleyi, daxili aləmi, duyğuları ilə bağlı fəlsəfi baxışlarını özünəməxsus səlis və şirin dillə ifadə etmişdir.
        Bu baxımdan şairə böyük şöhrət gətirən və dillər əzbərinə çevrilən əsərlərindən biri də «Sağlığında qiymət verin insanlara» şeiridir. Əsər yer üzünün əşrəfi sayılan insana böyük məhəbbətlə qələmə alınmışdır. Şair əsərdə çox mühüm məna daşıyan və bütün zamanlarda aktual olan bir məsələni gündəmə gətirmişdir. Hər kəsin əməyi sağlığında dəyərləndirilməli, hər kəs sağlığında ikən layiq olduğu qiyməti almalıdır. Şeiri bütövlükdə vətəndaş şairin cəmiyyəti eybəcərliklərdən, naqis cəhətlərdən, mənəvi aşınmalardan təmizləmək və onu saflaşdırmaq istəyinin ifadəsi kimi qəbul etmək mümkündür.
        C.Novruzun belə bir mövzuya müraciət etməsi təsadüfi deyildir. Bir çox hallarda cəmiyyətdə ədalətsizlik baş verir, yüksək mənəviyyata malik insanlar məhz daxili təmizliyinə, haqq-ədalətə tapınmalarına görə məhrumiyyətlərlə üzləşirlər. Nə qədər istedadlı alimin, mühəndisin, başqa peşə, sənət sahiblərinin qarşısına möhkəm sədlər çəkilmiş və onlar həyatda öz yerlərini tuta bilməmişlər. Əksinə çox olub ki, qabiliyyətsizlər, nadanlar, kəmfürsətlər yaltaqların və məddahların canfəşanlığı sayəsində layiq olmadıqları zirvəyə yüksəlmişlər. Bunun ziyanını isə son nəticədə insanların özləri çəkirlər, zərbə hamıya, cəmiyyətə dəyir. Buna görə də cəmiyyətin bütün üzvləri şeirdən hasil olan məntiqi nəticə barədə düşünməlidirlər.
        Şair şeirdə ifadə olunan ideyanı daha təsirli çatdırmaq üçün xitab formasını seçmişdir. Müəllif şeirin ilk misralarındaca insanlara üz tutaraq ürəyinin arzusunu dilə gətirir:

 
Ay adamlar, bir arzum var, qoyun deyim,
Sağlığında qiymət verin insanlara...
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara...

        Şair bu misraları onu əhatə edən insanlara, bütün cəmiyyətə gəlişi gözəl sözlər kimi ünvanlanır. Şeiri oxuduqda hiss edirsən ki, cəmiyyətin mənəvi aşınmasına şair daxilən dözmür, bütün varlığını silkələyən harayı ifadə edir. Sətirlər arasından sanki şairin nəcib obrazı boylanır. Bu nəcib insan oxucuya müraciətini öz həqiqətini dərin inamla və qətiyyətlə söyləyir. Hətta, sözlərinin düz olmayacağı təqdirdə töhmət almağa da hazırdır.
        Cəmiyyətdə müxtəlif xarakterli insanlara rast gəlinir. Bütövlükdə isə onları «yaxşılara» və «yamanlara» deyə iki qismə bölmək mümkündür. Şairin nəzərində hər qisim insanın müvafiq qiyməti var. Şairlərə sağlığında hörmət göstərilməli, ölməzlərə heykəl qoyulmalı, təmizlər sevindirilməlidirlər. Əksinə naqis insanlar vaxtında ifşa olunmalı, onlar öz adları ilə çağırılmalıdırlar.
        Müəllif insanlara üz tutaraq Ulu Yaradan tərəfindən onlara bəxş olunan ömrü qiymətləndirməyə çağırır. Şair «bir an ömrü - milyon qızıl ölümdən» üstün tutduğunu, «diri üçün iynə boyda hörməti, ölü üçün min heykələ» dəyişmədiyini bildirir. Ümumiyyətlə, şeirdə şairin öz mövqeyini, «yaxşı» və «yaman» insanlara münasibətini açıq şəkildə bildirməsi müəllifin səmimiliyinə inamı artırır və əsəri daha təsirli edir.
        «Sağlığında qiymət verin insanlara» şeiri bədii ifadə vasitələri ilə zəngindir. Müəllif öz niyyətini oxucuya daha dolğun aşılamaq üçün təzadlardan, bədii suallardan istifadə etmişdir.

Cəfər Cabbarlının milli dramaturgiyamızın inkişafında rolu - hazır inşa 2

Cəfər Cabbarlının milli dramaturgiyamızın inkişafında rolu - hazır inşa 2


        Təməli M.F.Axundzadə tərəfindən qoyulan milli dramaturgiyamız müxtəlif illərdə C.Cabbarlının qələmindən çıxan pyeslərlə xeyli zənginləşərək yeni bir pilləyə qalxmışdır. Məzmunca rəngarəng, dil baxımından səlis olan bu dram əsərləri Azərbaycan milli teatnnın inkişafına güclü təkan vermiş, bütöv aktyorlar nəslinin yetişməsində mühüm rol oynamışdır.
        C.Cabbarlı «Vəfalı Səriyyə, yaxud göz yaşları içərisində gülüş» adlı ilk dram əsərini 1915-ci ildə qələmə almışdır. Pyes ailə-məişət mövzusundadır. Burada bir-birinə səmimi hisslər bəsləyən Səriyyə ilə «student» Rüstəmin məhəbbəti ön planda təsvir olunur. Səriyyənin anası Çimnaz onu qardaşı oğlu qoçu Qurbana ərə vermək istəyir. Dayısı Həmzə də Səriyyənin anası ilə həmfikirdir. Lakin geriliyin, mühafizəkarlığın qulu olan insanların yaratdıqları maneələr gənclərin məhəbbətinin qarşısını ala bilmıir və onlar bir-birinə qovuşurlar.
        Ədib iki il sonra - 1917-ci ildə «Solğun çiçəklər» dramını tamamlamışdır. Bu əsər mövzu cəhətdən əwəlki pyesə yaxın olsa da, dramaturq burada qəhrəmanlann acı talelərinin sosial səbəblərini göstərmək istəmişdir. Dramda pul bir-birini sevən Bəhramla Saranın faciəsinə səbəb olur.
        C.Cabbarlının 1918-ci ildə yazdığı növbəti dram əsəri «Nəsrəddin şah» adlanır. «Nəsrəddin şah»ın mövzusu İran tarixindən götürülsə də, müəllif burada ümumiləşdirmələr aparmış və öz xalqının taleyindən narahatlığını ifadə etmişdir. Əsərdə azadlıq tərəfdarlan ilə şah rejiminin, feodal üsuli-idarəsinin təmsilçiləri qarşılaşdırılır, xalq despotizmə qarşı kəskin etiraz səsini ucaldır.
        Dramaturqun növbəti əsəriəri mövzu baxımından bir-birinə yaxın olan «Ədimə fəthi» və «Ulduz» pyesləridir. Hər iki əsərin mövzusu Türkiyə tarixindən götürülmüşdür. Müəllif bu pyeslərdə türk əsgəri və zabitinin şərəfıni uca tutan, öz ölkələrinin istiqlalı, ərazi bütövlüyü uğrunda vuruşan gənclərin vətənpərvərliyini yüksək sənətkarlıqla tərənnüm etmişdir.
        C.Cabbariı 1919-cu ildə tamamladığı «Aydın» dramında şəxsiyyət və mühit problemini qabartmışdır. Oxuduğu kitablann təsiri nəticəsində romantik təbiətli Aydında dünyanın haqsızlığına qarşı banşmaz əhvaliruhiyyə formalaşır. Fəqət pulun hakim olduğu cəmiyyətdə Aydın kimi kasıb bir mühəndisin mübarizəsi məğlubiyyətlə nəticələnir, rəqibi Dövlət bəy onu mənəvi və fiziki cəhətdən məhv edir.
        Ədibin növbəti «Oqtay Eloğlu» əsəri mövzu və ideya cəhətdən «Aydın» pyesinə yaxındır. Müəllif burada da ictimai bərabərsizliyin insan talelərində oynadığı mənfi rolu açıb göstərmişdir. Oqtay da Aydın kimi ədalətsiz cəmiyyətdə məğlubiyyətə düçar olur.
        Böyük dramaturqun üzərində dörd il çalışdığı «Od gəlini» əsəri tarixi mövzudadır. Müəllif əsərdə xalqımızın ərəb istilasına qarşı mübarizə tarixinə müraciət etmişdir. Pyesin qəhrəmanı Elxan Babəkin prototipidir. O, xalqın istilaya qarşı mübarizə əzmini təcəssüm etdirir. Elxan həm də ehkamlan rədd edir, o «bütün əski varlığa qarşı üsyan bayrağı qaldıracağını» bildirir.
        C.Cabbarlı yaradıcılığının sonrakı mərhələsində qələmə aldığı dram əsərlərində əsasən öz dövrü üçün aktual olan mövzulara müraciət etmişdir. Ədib 1928-ci ildə yazdığı «Sevil» əsəri ilə ədəbiyyatımızda ilk dəfə qadın azadlığı problemini qabartmışdır. «Sevil» qısa tarixi zaman kəsiyində böyük inkişaf yolu keçən, çadra ilə bərabər mütiliyin daşını atan Azərbaycan qadınlarının ümumiləşdirilmiş obrazıdır.
        C.Cabbarlı «Sevil» pyesinin ardınca dövrü ilə səsləşən «Almaz», «1905-ci ildə», «Yaşar», «Dönüş» kimi dram əsərlərini qələmə almışdır.
        Böyük ədibin milli dramaturgiyamızın inkişafındakı rolundan söhbət açarkən onun dünya ədəbiyyatının klassiklərinin məşhur dram əsərlərini Azərbaycan dilinə tərcümə etməsini də xüsusi vurğulamaq gərəkdir. C.Cabbarlının böyük ustalıqla dilimizə çevirdiyi Şekspirin «Hamlet», «Otello», Şillerin «Qaçaqlar» faciələri, Bomarşenin «Fiqaronun toyu» komediyası teatrlarımızın səhnəsində dönə-dönə tamaşaya qoyulmuşdur.

Cəfər Cabbarlının «Oqtay Eloğlu» əsərində Oqtayın milli teart yaratmaq və inkişaf etdirmək arzuları

Cəfər Cabbarlının «Oqtay Eloğlu» əsərində Oqtayın milli teart yaratmaq və inkişaf etdirmək arzuları


        Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindəndir. Ədibin ən yaxşı əsərlərindən biri də 1922-ci ildə qələmə aldığı «Oqtay Eloğlu» faciəsidir. Əsərdə ədib cəhalət içində boğulan, pulun, səltənətin hakim olduğu cəmiyyətdə vətəndaş - ziyalı təəssübkeşliyini ön plana çəkmişdir. Əsərin əsas qəhrəmanı xalqını, Vətənini bütün varlığı ilə sevən bir gəncdir. O özünü el oğlu, böyük bir vahidin kiçik parçası sayır. Millətinin cəhalət içində yaşaması Oqtayı ağrıdır. 0, rahatlıq tapa bilmir, həyatını, xalqını gerilikdən qurtarmaq, inkişafa qoşmaq uğrunda mübarizəyə həsr edir.



Cəfər Cabbarlının "Oqtay Eloğlu" əsərində Oqtayın milli teatrı yaratmaq və inkişaf etdirmək arzuları - hazır inşa


        Oqtay xalqına xidmət yolunda milli teatr yaratmağı ən yaxşı vasitə sanır və bunu qarşısına məqsəd qoyur. O, dostu Səməd bəyə qətiyyətlə bildirir: «Səhnəmiz yox. Fəqət olmalıdır. Onu da mən yaradacağam».
        Müəllif Oqtayı teatr fədaisi kimi təqdim edir. O, xalqının maariflənməsi, cəhalətdən qurtulması, Avropa dəyərlərinə yaxınlaşması yolunun milli teatrdan keçdiyini düşünür. Buna görə də milli teatr yaratmaq Oqtay üçün bir ideala, həyat amalına çevrilir. Mövhumatın, geriliyin hakim kəsildiyi cəmiyyətdə bu heç də asan iş deyil. Insanlar teatrı qiymətləndirmir, aktyora oyunbaz kimi baxırlar. Müsəlman qadınları çadra altında gəzirlər, səhnəyə çıxmağa cürət etmirlər. Daha acınacaqlı cəhət isə odur ki, Oqtay çalışdığı teatr truppasında da Mazandaranski, Şalıqulu, Şəkinski, Xaspolad kimi əslində teatrdan və milli təəssübkeşlik hissindən uzaq adamlarla əhatə olunur. Onlar milli teatr yaratmaqda Oqtaya kömək etmək əvəzinə, işləri pozub onu gülüş hədəfinə çevirməyə çalışırlar. Lakin bütün bunlar Oqtayı tutduğu yoldan geri döndərə bilmir. O, milli teatr yaratmaq uğrunda hər çətinliyə dözməyə, məhrumiyyətlərə qatlaşmağa hazırdır.
        Oqtay kasıb ailədəndir, pula böyük ehtiyacı var, anası və bacısı ciddi ehtiyac içində yaşayırlar. Belə bir vəziyyətdə dostu Səməd ona təminatlı iş təklif edir. O, qubernatora dilmanc düzəlib yaxşı donluq qazana və beləliklə də, ailəsinin firəvan yaşayışını təmin edə bilər. Lakin Oqtay «qocaman bir xalqın səadətini» özünün ailə üzvlərinin firəvanlığına qurban verə bilməyəcəyini söyləyir.
        O, rus səhnəsində işləmək təklifini də eyni qətiyyətlə rədd edir, milli teatrda elan olunan tamaşanın pozulmaması üçün üzüyünü belə çıxarıb verməkdən çəkinmir. Oqtayı «yoxdan var yaratmağa» sövq edən qəlbindəki ümiddir. O, milli teatrın yüksələcəyinə inanaraq deyir: «Mənim də başıma gənclərimiz, qızlarımız çiçək səpəcəklər. Mən də mədəni bir həyatım var deyə sevinəcəyəm».
        Lakin varlı ailədən olan Firəngizə qarşı məhəbbəti ümidlə çarpışan, əzab-əziyyətlərə dözən Oqtayın həyatını dəyişir. Firəngiz qardaşı Asian bəyin təhriki ilə Oqtaya onu sevmədiyini bildirir, Oqtay bu cavabdan sarsılır, həyatda həqiqətin harada olduğunu dərk edə bilmir, onda insanlara qarşı nifrət hissi baş qaldınr. Oqtay qubernatoru təlqin etdiyinə görə sürgünə göndərilir. On il sürgündə qaldıqdan sonra Oqtay Vətənə dönür və yenidən səhnəyə qayıdır. On ildə çox hadisələr baş vermişdir. Zorla Danyar bəyə ərə verilən Firəngiz əri tərəfindən atılmışdır. Teatrda isə vaxtilə Oqtayın səpdiyi toxumlar cücərməyə başlayıb. Indi daha çox adam teatra gəlmək həvəsindədir, tamaşalar zamanı teatrın salonunda daha çox müsəlman qadını görünür. Bir vaxtlar lağa qoyulan Oqtay indi xeyli məşhurlaşıb. Bütün bunlar Oqtayın bədxahlarını bərk narahat edir. Onlar tamaşanı pozmaq, Oqtayı gözdən salmaq üçün birləşərək təxribatlara əl atırlar. Bu zaman Firəngiz qəti qərar verir və bilərəkdən qadın rolunu oynamaqdan boyun qaçıran aktrisanı əvəz etməyə hazır olduğunu bildirir. Budur, Oqtayın daha bir arzusu çin olmuşdur - ilk Azərbaycan qadını səhnədədir. Şillerin «Qaçaqlar» faciəsində Oqtay kral, Firəngiz Amaliya rolunda üz-üzə gəliriər. Lakin bu qeyri-adi görüş onları əbədi olaraq ayırır. Oqtay faciə içində faciə yaradır. Səhnədə Kral Amaliyanı deyil, Oqtay Firəngizi öldürür. İlk baxışda bu, Oqtayın Firəngizdən qisas alması kimi də görünə bilər. Lakin Oqtayın hərəkəti romantik və mistik olsa belə, rəmzi məna daşıyır. Bununla əsərin qəhrəmanı Firəngizin Aslan bəylərin əlində yenidən alətə çevrilməsinin qarşısmı almaq, səhnəyə gələn ilk Azərbaycan qadınını əbədi yaşatmaq istəyir.
        Oqtay müəyyən mənada müəllifin prototipidir. Məlumdur ki, C.Cabbarlı cəmiyyətin tərəqqisində teatrın rolunu yüksək qiymətləndirirdi. Beləliklə, dramaturq teatrla bağlı düşüncələrini sevə-sevə yaratdığı səhnə fədaisi Oqtayın dilindən ifadə etmişdir.

Cəlil Məmmədquluzadənin "Poçt qutusu" hekayəsində Novruzəli surəti - hazır inşa

Cəlil Məmmədquluzadənin "Poçt qutusu" hekayəsində Novruzəli surəti - hazır inşa


        Azərbaycan ədəbiyyatının ən zəkalı, ən qüdrətli qələm sahiblərindən biri Cəlil Məmmədquluzadədir. Ədəbiyyatımızı müasirlik, xəlqilik, demokratizm ideyaları ilə ruhlandıraraq yeni bir yola istiqamətləndirən bu görkəmli sənətkar xüsusən, nəsr sahəsində böyük şöhrət qazanmış, onu yüksək inkişaf zirvəsinə qaldırmışdır.
        C.Məmmədquluzadə «Danabaş kəndinin əhvalatları» kimi mükəmməl bir povestin müəllifi olsa da, ədəbiyyatımızda daha çox kiçik hekayələr ustası kimi məşhurdur. Onun «Kişmiş oyunu». «Saqqallı uşaq», «Qurbanəli bəy». «Usta Zeynal» və s. kimi əsərləri hekayə janrının zirvəsi hesab oluna biləcək sənət nümunələridir. Böyük yazıçının nəsr əsərləri içərisində xüsusi mövqeyə malik ədəbi nümunələrdən biri «Poçt qutusu» hekayəsidir.
        «Poçt qutusu» C.Məmmədquluzadənin ilk mətbu əsəri və «Şərqi-rus» qəzetində dərc edilən ilk hekayəsidir. Bu hekayə ilk mətbu əsəri olmaqla yanaşı, həm də dərin mənalı, kamil formalı, yüksək sənətkarlıq məharəti ilə qələmə alınmış bir əsər kimi diqqəti cəlb edir. Əsərin ən yüksək məziyyəti onun bədii təsir qüdrətində yığcamlığında, məna dərinliyində, sadəliyində və realizmindədir.
        «Poçt qutusu» hekayəsi çox sadə, lakin XIX əsr Azərbaycan kəndi üçün olduqca xarakterik bir hadisə üzərində qurulmuşdur. Təsvir edilən əhvalat zahirən müsbət xarakterli görünsə də, əslində zülmkar və istismarçı bir adam olan Vəli xanla öz əlinin zəhməti ilə yaşayan yoxsul, hüquqsuz, avam kəndli Novruzəli arasında cərəyan edir. Əhvalat çox sadə və zahirən gülməlidir. Avam bir kəndlinin poçt qutusuna kağız salması onun keşiyini çəkməsi və onun ucbatından divanxanaya düşməsi bir qədər gülüş doğurur. Lakin C.Məmmədquluzadənin məharəti ondadır ki, bu kiçik gülüş içərisində o, böyük bir həyat həqiqətini açıb göstərmiş, XIX əsr Azərbaycan kəndinin, kənddə hökm sürən ictimai ədalətsizliyin, avamlıq və nadanlıq mühitinin həqiqi və real mənzərəsini yaratmışdır.
        Əsərin əsas qəhrəmanı Novruzəlidir. Novruzəli təmizürəkli, zəhmətkeş, sadə və mehriban bir kəndlidir. O, imkansız, yoxsul bir adamdır, yumşaq xasiyyəti, xoş rəftarı, səmimiyyət və sədaqəti ilə fərqlənir. Novruzəlı heç kəsə pislik edən adam deyib, heç kəsin fəlakətinə səbəb olmamış, pis gününə sevinməmiş paxıllığını çəkməmişdir. Lakin onun ən böyük eyibi avamlığında, nadanlığında, mütiliyindədir. Novruzəliyə görə, dünyada ancaq iki qadir qüvvə var: göydə Allah, yerdə isə xan, bəy, mülkədar. Ona elə gəlir ki, bütün ömrünü Vəli xana borcludur, xan ona öl desə ölməli, qal desə qalmalıdır. Tez-tez xana dediyi «başına dolanım, xan», «ayaqlarının altında ölüm, xan», «sənə qurban olurm kimi ifadələr də bunu aydın sübut edir.
        Novruzəli hər işdə özünü günahkar bilir. Heç bir təqsiri olmadığı halda, ona elə gəlir ki, ağasının məktubu oğurlanmışdır və özünü xanın qarşısında müqəssir bilir, öz-özünü danlayır, lənətləyir.
        C.Məmmədquluzadə Novruzəlini nəcib insani hisslərə, saf qəlbə, təmiz əxlaqa malik bir insan kimi göstərir, lakin onun avamlığına, nadanlığına, mütiliyinə və acizliyinə gülməklə bu zəhmətkeş insanı oyatmaq istəyir, onu öz haqqı və hüquqları uğrunda mübarizəyə çağırır.
        «Poçt qutusu» hekayəsi həm məna dərinliyinə, həm üslub gözəlliyinə, həm də dilinin sadəliyinə və şirinliyinə görə kamil bir sənət nümunəsidir. Əsər bu gün də şirin bir hekayət kimi dillərdən düşmür və oxucular tərəfindən sevilə-sevilə oxunur.

Cəfər Cabbarlının "Ana" şeirində anaya sonsuz məhəbbətin ifadəsi - hazır inşa

Cəfər Cabbarlının "Ana" şeirində anaya sonsuz məhəbbətin ifadəsi - hazır inşa


        Azərbaycan ədəbiyyatı tarixində ən görkəmli mövqeyə malik sənətkarlarımızdan biri Cəfər Qafar oğlu Cabbarlıdır. O, ədəbi yaradıcılığa çox gənc yaşlarından başlamış, qələmini həm şeir, həm bədii nəsr, həm də dramaturgiya sahəsində sınamışdır. Xüsusən dramaturgiya sahəsində yüksək şöhrət qazanan Cəfər Cabbarlı çox zəngin bir yaradıcılıq yolu keçmiş, lirikanın və bədii nəsrin də gözəl nümunələrini yaratmışdır. Onun lirik əsərləri içərisində «Ana» şeiri xüsusi yer tutur.
        «Ana» şeiri təkcə C.Cabbarlının deyil, bütövlükdə Azərbaycan lirik şeirinin ən gözəl nümunəsidir. Ədəbiyyatımızda anaya həsr edilmiş ən yaxşı ədəbi abidələrdən biridir. Bu lirik şeir anaya həsr olunmuş ən böyük himn, ən gözəl simfoniyadır.
        «Ana» şeirində şair yüksək bir duyğu ilə ananın böyüklüyünü və müqəddəsliyini nəzərə çatdırır. Bunun üçün bədii təzadlardan istifadə edən müəllif dünyada heç bir qüvvədən qorxmadığını, heç bir qüwədən çəkinmədiyini, yalnız zərif və zərif olduğu qədər də güclü bir vücud olan müqəddəs bir şəxsin - ananın qarşısında özünün də, ən qüvvətli və möhkəm insanların da gücsüzlüyünü, itaətkarlığını, onların ana nəvazişinə, ana əlinin hərarətinə nə qədər ehtiyacı olduğunu böyük bir ustalıqla göstərir:

 
Ana! Ana!.. O adın qarşısında bir qul tək
Həmişə səcdədə olmaq mənə fəxarətdir.
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Yenə xəyal edərəm bəzmi-istirahətdir.

        Heç bir çətinlikdən, hətta ölümdən, qiyamət dəhşətindən belə qorxmayan, heç kimin və heç nəyin qarşısında əyilməyi ağlına belə gətirməyən şair yalnız müqəddəs bir şəxsin - ananın qarşısında acizdir, anaya bir rahib kimi həmişə itaətdədir:
 
Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,
Uçar səmalara o aləmi xəyalətdə.
Yatar, ölər bədənim, nitqdən düşər bir söz:
Ana... Ana... Sənə mən rahibəm itaətdə!

        C.Cabbarlının «Ana» şeiri həm anaya məhəbbət hissinin coşqun bir ifadə tərzi, həm də zərif, həzin və incə ritmi ilə oxucunu cəlb edən möhtəşəm bir əsərdir. Bu əsər bu gündə dillər əzbəri, sevilərək oxunan lirika nümunəsidir.

Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" əsərində əsas obrazlar - hazır inşa

Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" əsərində əsas obrazlar - hazır inşa


        XX əsr Azərbaycan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən biri Cəlil Məmmədquluzadədir. O, Azərbaycan ədəbi-ictimai fikir tarixində böyük yazıçı, görkəmli publisist, mütəfəkkir və ictimai xadim kimi tanınmışdır. Cəlil Məmmədquluzadə böyük ədəbi məktəb yaratmış, Azərbaycan ədəbiyyatında yeni cığır açmış sənətkardır. Yeni ədəbiyyatın ən qüdrətli ədəbi cərəyanı olan realizm üslubunun şəkil və məzmun xüsusiyyətlərinin dürüst müəyyən edilməsində onun əsərləri əvəzsiz və tükənməz mənbədir.
        Cəlil Məmmədquluzadə ədəbi yaradıcılığa «Çay dəstgahı» adlı alleqorik pyesi ilə başlamışdır. Az sonra o, «Kişmiş oyunu» hekayəsini qələmə almış, 1894-cü ildə isə ilk irihəcmli nəsr əsəri olan «Danabaş kəndinin əhvalatları» povestini yazmışdır. Yazıçının ədəbi irsində yüksək səviyyəli əsərlər çoxdur. Onun kiçik hekayələrindən tutmuş irihəcmli dramlarına qədər bütün əsərləri Azərbaycan ədəbiyyatı xəzinəsinin əvəzsiz inciləridir.
        Mirzə Cəlil realizminin ən bariz təcəssümlərindən biri «Danabaş kəndinin əhvalatları» povestidir. Əsərdə XIX əsrin sonları üçün Azərbaycan kəndinin feodal-patriarxal mühiti, zülm və özbaşınalıqlar, xalqı cəhalətdə saxlayan mövhumat və xürafat əks etdirilmişdir. Bu kəndə verilən Danabaş xüsusi adı da mənalı və simvolik bir addır. Bu ad yalnız Xudayar bəy kimi kəndxudaları, pul üçün islam qanunlarını ayaqlayan qazıları, qlava və kərbəlayıları deyil, bütövlükdə zülmət və qaranlığa bələnmiş feodalpatriarxal bir mühiti və bu mühitin cəhalət və nadanlıq girdabında saxladığı kəndliləri də səciyyələndirir.
        Bu zülmət və cəhalət dünyasının ən mənfi surəti Xudayar bəydir. Xudayar bəy son dərəcə alçaq, ikiüzlü, xəbis və murdar bir adamdır, acgöz və qəddar bir insandır. O, özünü guya həmkəndlisi Kərbəlayi Heydərə dost kimi göstərir, lakin Heydər ölən kimi onun var-dövlətini ələ keçirmək üçün dostunun arvadına elçi düşür. Zeynəb tərəfindən ikrahla rədd edilən Xudayar bəy əl çəkmir, bu yazıq qadına elə bir fitnə toru qurur ki, Zeynəb iki od arasında qalır. Bir evi yıxmaq üçün Xudayar bəy başqa bir evi uçurur, mömin Məhəmmədhəsən əminin Kərbəla ziyarəti üçün bəslədiyi eşşəyi ondan alıb satır və beləliklə də, bu ailəni gözüyaşlı qoyur. Xudayar bəy eşşəyin pulunu qazıya rüşvət verərək Zeynəbə qanunsuz kəbin kəsdirir, kəndin qlavası və qoluzorluları kimsəsiz qadının üstünə gələrək zorla onu Xudayar bəyin evinə aparmaq istəyır, ona hədə-qorxu gəlirlər. Bütün bunlar azmış kimi Xudayar bəy bir tərəfdən də Zeynəbin oğlu Vəliqulunu aldadaraq balanı anaya qarşı qaldırır. Əlbəttə, bütün bu qaragüruha qarşı qalxmaq Zeynəbin iqtidarında deyildir. Onu sındırırlar, əzirlər, tapdalayırlar. Zeynəb bir neçə ay Xudayar bəyin evində qalıb anadan içdiyi süd burnundan gələndən və var-yoxu əlindən çıxandan sonra qovulur, Xudayar bəy də üçüncü arvad alıb vicdansız və zalım həyatını davam etdirir.
        Xudayar bəyi quduzlaşdıran və azğınlaşdıran yaramaz ictimai quruluşun əzib təhqir etdiyi insanlardan biri də Məhəmmədhəsən əmidir. Məhəmmədhəsən əmi avam və məzlum kənd yoxsullarının ümumiləşdirilmiş surətidir. Fağır, üzüyola, zəhmətkeş və ailəcanlı bir insan olan Məhəmmədhəsən əminin bütün ömrü əzab-əziyyət içində keçmiş, tale heç bu kişinin üzünə gülməmişdir. Qoca vaxtında Kərbela ziyarətinə getmək həvəsinə düşürsə də, Xudayar bəy onun bu arzusunu da gözündə qoyur. Müəllif onun simasında zülmə hədsiz dözümlülüyü, avamlıq və nadanlığı kəskin tənqid edir. Məhəmmədhəsən əmi o qədər ifrat dindar, o qədər avam və nadandır ki, Xudayar bəyin onun eşşəyini aparıb satmasını, Kərbəla ziyarətinə gedə bilməməsini, hətta naçalnikin onu divanxanadan qovmasını da alın yazısı ilə, qəzavü-qədərlə bağlayır. Onun bu məzlumluğu və nadanlığı arvadı izzəni də çərlədib öldürür.
        «Danabaş kəndinin əhvalatları» povestində ömrü faciəli insanlardan biri də Şərəfdir. O, Xudayar bəyin arvadı olsa da, çox bədbəxt adamdır. Xudayar bəy onun evlənməsinə etiraz edən bu üç uşaq anasının saçlarından tutub evin içində sürüyür, onu vəhşicəsinə döyür.
        Əsərdə üç ailənin faciəsi göstərilir ki, bunların üçünün də səbəbkarı əslində iki eşşəyin arpasını bölə bilməyən, lakin alçaq bir yolla kalta seçilən əli zoğal dəyənəkli Xudayar bəydir. Onun əlinə bu dəyənək verən isə qanunsuz ictimai quruluş, zülmət və istismar dünyasıdır. Əsərdə də müəllifın əsas tənqid hədəfi ictimai quruluş və onun yetişdirdiyi özbaşınalıq və yaramazlıqlar mövhumat və xürafatdır.
        C.Məmmədquluzadənin «Danabaş kəndinin əhvalatları» povesti realist nəsrimizin ən kamil nümunələrindən biri kimi bu gün də oxucuların diqqət mərkəzindədir və indi də sevilə-sevilə oxunur.

Cəfər Cabbarlının milli dramaturgiyanın inkişafında rolu - hazır inşa

Cəfər Cabbarlının milli dramaturgiyanın inkişafında rolu - hazır inşa


        XX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli simalarından biri Cəfər Cabbarlıdır. Əsası M.F.Axundzadə tərəfindən qoyulan dramaturgiyamızın inkişafında, onun yeni mövzu və bəşəri məzmunla zənginləşməsində, eləcə də yeni aktyor nəslinin yetişməsində C.Cabbarlının böyük xidmətləri olmuşdur. Realist həyat mövqeyinə sadiq qalan sənətkar «Solğun çiçəklər», «Oqtay Eloğlu», «Od gəlini», «Sevil», «Almaz», «Yaşar» kimi ölməz səhnə əsərləri yaratmış, milli dramaturgiyamızda yeni mərhələ açmış, onun bayraqdarı olmuşdur.
        C.Cabbarlı bədii yaradıcılığa çox gənc yaşlarından və şeir yazmaqla başlamış, «Bahar» adlı ilk şeiri 1915-ci ildə «Məktəb» jurnalında dərc edilmişdir. Sonralar daha çox dramaturji fəaliyyətlə məşğul olan sənətkar şeir və nəsrdən də uzaqlaşmamış, arabir bu janrlarda da maraqlı və məzmunlu əsərlər yaratmışdır.
        XX əsr Azərbaycan ədəbiyyatında C.Cabbarlı məhz dramaturq kimi tanınmış, yüksək və dərin məzmunlu dramlar müəllifi kimi şöhrəf qazanmışdır. Görkəmli ədib özünün dram əsərlərində əhəmiyyətli ictimai mövzulara toxunmuş, geriliyi, köhnə qayda və qanunları tənqid etmiş, pulpərəstliyin, tamahkarlığın insan cəmiyyətindəki pulun rolunu insanları bədbəxt etməsini göstərmişdir. C.Cabbarlının dramları həm də milli teatrımızın inkişafında böyük rol oynamış, ədibin hər bir yeni pyesi dram tariximizdə yeni yaradıcılıq hadisəsi kimi qarşılanmış, Azərbaycan dramını yüksəklərə qaldırmışdır.
        C.Cabbarlının ilk qələm təcrübələri «Vəfalı Səriyyə və yaxud göz yaşı içində gülüş» və «Solğun çiçəklər» pyesləridir. Bu əsərlərdə dramaturq pulun insanlara pozucu təsirini əks etdirmiş, tamahkarlıq və mal-dövlət hərisliyinin insanları bədbəxt etdiyini, onları mənəvi cəhətdən düşkünləşdirdiyini açıb göstərmişdir.
        «Nəsrəddin şah» pyesində C.Cabbarlı İran tarixinə müraciət etmiş, zülm və ədalətsizlik mövzusunu ictimai-siyasi planda həll etmişdir. «Ulduz» və «Ədirnə fəthi» əsərlərində isə dramaturq Türkiyə xalqının öz milli istiqlalı, ərazi bütövlüyü uğrundakı mübarizəsini əks etdirmiş qəhrəmanlıqlarla dolu birtarixi qələmə almışdır.
        C.Cabbarlının dramaturgiya sahəsindəki yaradıcılıq fəaliyyətini ilk dram əsərlərindən başlamış son pyesinə qədər yeni qəhrəman axtarışı və kəşfi kimi səciyyələndirmək olar, «Aydın», «Oqtay Eloğlu», «Od gəlini» əsərləri dramaturqun bu sahədəki yeni nailiyyətləri hesab olunmalıdır. «Aydın» və «Oqtay Eloğlu» pyeslərinin hər ikisində varlılar və yoxsullar arasındakı uçurum, pulun, var-dövlətin insan cəmiyyətindəki pozucu rolu açılıb göstərilmişdir. Həm Aydın, həm də Oqtay ağıllı, istedadlı və bacarıqlı gənc ziyalılardır. Lakin pulun, sərvətin hakim mövqe tutduğu bir cəmiyyətdə onlar özlərindən qat-qat güclü olan mənfi qüvvələrlə mübarizə apara bilmir, məğlub olurlar. C.Cabbarlının bu qəhrəmanları mübariz olmasalar da, onların həmin cəmiyyətlə barışmaz mövqedə durması bu surətlərin müsbət cəhəti kimi qiymətləndirilməlidir.
        «Od gəlini» faciəsində C.Cabbarlı xalqımızın tarixi keçmişinə müraciət etmiş, onun ərəb işğalına qarşı qəhrəmanlıq mübarizəsini əks etdirmişdir. Pyesin əsas ideyası xalqın azadlığa olan həvəs və iradəsinin sarsılmazlığıdır. Əsərin əsas qəhrəmanı Elxan xalq iradəsini təmsil edir, onun simasında xalqın vətənpərvərliyi, qəhrəmanlığı, yüksək mənəvi keyfiyyətləri ifadə olunur.
        C.Cabbarlı dramaturgiyasının sonrakı mərhələsində Azərbaycan xalq həyatının yeni bir dövrü əks olunur. Bu baxımdan böyük sənətkarın «Sevil», «Almaz», «Yaşar», «Dönüş» kimi əsərləri yeni yaradıcılıq uğurları kimi qiymətləndirilə bilər. Müasir həyat problemlərinə həsr olunmuş bu əsərlərdə yeniliklə köhnəliyin, mütərəqqi qüvvələrlə mürtəce qüvvələrin mübarizəsi verilir, yeniliyin qələbəsi həyatın, gerçəkliyin qanunauyğunluğu kimi təqdim olunur.
        Milli teatrımızın nailiyyətlərinə əsaslanan, Azərbaycan dramaturgiyasının realist ənənələrini davam və inkişaf etdirən C.Cabbarlı bir dramaturq kimi ədəbiyyatımız tarixində yeni səhifə açmışdır. Onun dövrün mühüm ictimai məsələlərinə həsr olunan dram əsərləri böyük estetiktərbiyəvi əhəmiyyətə malikdir və hər bir dövr üçün öz aktual mövqeyini qoruyub saxlayır. Bu əsərlər bu gün də oxucular tərəfindən sevilərək oxunur və teatrlarımızın səhnələrində tez-tez tamaşaya qoyulur.

Cəfər Cabbarlının "Oqtay Eloğlu" əsərində Oqtayın milli teatrı yaratmaq və inkişaf etdirmək arzuları - hazır inşa

Cəfər Cabbarlının "Oqtay Eloğlu" əsərində Oqtayın milli teatrı yaratmaq və inkişaf etdirmək arzuları - hazır inşa


        Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri də Cəfər Cabbarlıdır. Təməl daşı M.F.Axundzadə tərəfindən qoyulan milli dramaturgiyamızın inkişafında, yeni mövzu və rəngarəng surətlər silsiləsi və zənginləşməsində onun böyük rolu vardır. Həyat hadisələrini realist mövqedən işıqlandıran sənətkar «Solğun çiçəklər», «Oqtay Eloğlu», «Od gəlini», «Sevil», «Almaz», «Yaşar» kimi ölməz səhnə əsərləri yaratmış, tariximizin və müasir həyatımızın bir sıra mühüm məsələlərini ədəbiyyata gətirərək fəal vətəndaş mövqeyinin bədii həllini vermişdir.
        C.Cabbarlı bədii yaradıcılığa şeir yazmaqla başlamışdır. Onun «Bahar» adlı ilk şeiri 1915-ci ildə «Məktəb» jurnalında dərc edilmişdir. Sonralar daha çox dramaturji fəaliyyətlə məşğul olan sənətkar şeir və nəsrdən də uzaqlaşmamış, arabir bu janrlarda da maraqlı və məzmunlu əsərlər yaratmışdır.
        XX əsr Azərbaycan ədəbiyyatında C.Cabbarlı məhz dramaturq kimi tanınmış, dramaturq kimi şöhrət qazanmışdır. Görkəmli ədib özünün dram əsərlərində əhəmiyyətli ictimai mövzulara toxunmuş, geriliyi, köhnə qayda və qanunları tənqid etmiş, pulpərəstliyin, tamahkarlığın insan cəmiyyətindəki pozucu rolunu, insanları bədbəxt etməsini göstərmişdir. İlk qələm təcrübələri olan «Vəfalı Səriyyə» və «Solğun çiçəklər» pyeslərində C.Cabbarlı pulun insanlara pozucu təsirini əks etdirmiş, tamahkarlıq və maldövlət hərisliyinin insanları bədbəxt etdiyini açıb göstərmişdir.
        C.Cabbarlının ən yaxşı dram əsərlərindən biri «Oqtay Eloğlu» faciəsidir. 1922-ci ildə yazılmış bu əsərdə vətənini və xalqını hədsiz məhəbbətlə sevən sıravi bir aktyorun, sadə bir vətən övladının milli teatr yaratmaq uğrundakı mübarizəsindən, onun bu yolda qarşılaşdığı çətinlik və məhrumiyyətlərdən bəhs olunur.
        Əsərin əsas qəhrəmanı Oqtaydır. Oqtay aktyordur, yaradıcı bir sənətkardır. Oqtay öz qarşısına yüksək, lakin yüksək olduğu qədər də çətin bir vəzifə qoymuşdur. Onun ən yüksək arzusu, həyat idealı Azərbaycan xalqının teatrını yaratmaq və onu inkişaf etdirməkdir. Onun nəzərində milli teatr xalqın özünüdərkidir. Çünki millət özünü təsdiq etmək istəyirsə, öz teatrının, milli mədəniyyətini yaratmalıdır. Bunu isə millət üçün başqaları yox, ancaq öz qeyrətli övladları yarada bilər. Oqtay öz fikrini dostu Səməd bəyə belə bildirir: «Başqalarında səhnə, mədəniyyət, hər şey var, bizdə yox. Yaşamaq istəyiriksə, yaratmalıyıq.»
        Oqtayın bütün həyatı qarşısına qoyduğu ali məqsədlə bağlıdır. O, cibinin axırıncı qəpiyini də səhnə üçün xərcləməyə hazırdır. Evdə anası və bacısı çətin bir güzəran keçirirlər. Oqtayın özü də həmişə çətinliklər məngənəsindədir. Lakin Azərbaycan səhnəsini yaratmaq onun üçün daha müqəddəsdir.
        Oqtayın qarşısına çıxan çətinliklərdən biri də bundan ibarətdir ki, o, teatrda elə-belə işləyən, kifayət qədər peşəkar vərdişləri olmayan Şalıqulu, Tamara, Şəkinski, Mazandaranski, Xaspolad kimi aktyorlarla birgə fəaliyyət göstərməyə məcburdur. Əslində teatrın bütün ağırlığı Oqtayın boynundadır. Oqtay bu çətinliklərə də sinə gərir, ruhdan düşmür.
        Lakin tale Oqtay üçün daha ciddi çətinliklər meydana çıxarır. Bunlardan biri onun varlı qızı Firəngizlə olan məhəbbətidir. Oqtay onsuz da faciəli bir həyat yaşayırdı. Firəngizlə münasıbətləri isə onun faciəsini daha da dərinləşdirir. Dərin məhəbbətlə sevdiyi Firəngiz qardaşı Aslan bəyin təhriki ilə məcburən ona rədd cavabı verir. Oqtay bu görüşdən sonra tam sarsılır, insanlığa, cəmiyyətə nifrət edir. Bundan sonra onun daha məşəqqətli həyatı başlayır. Qubernatoru təhqir etdiyi üçün həbs edilir, sürgünə göndərilir.
        Oqtayla son görüşdən sonra Firəngiz də faciəli bir həyat yaşayır. Onu zorla Danyar bəyə ərə verirlər. Çox keçmir ki, Danyar bəy onun bütün vardövlətini qumarda uduzub müflisləşir və Firəngizi boşayıb başqa zəngin bir qadınla evlənir.
        On illik ayrılıqdan sonra Oqtay yenə vətənə qayıdır. Ülvi məhəbbətlə sevdiyi səhnəyə qayıtmaq istəyən Oqtay yenidən çətinliklərlə qarşılaşır. Onun düşmənləri tamaşanı pozmaq, onu mənən əzmək istəyirlər. Bu anda Firəngizi köməyə atılır, qəsdən tamaşaya gəlməyən aktrisanı əvəz edərək Amaliya rolunu ifa edir. Lakin Firəngizi səhnədə görən Oqtay daha da sarsılır və Şillerin «Qaçaqlar» faciəsındəki Karl rolunu yox, öz həyatını, öz rolunu oynayır. O, güclü əsəb gərginliyi altında bıçaqla Firəngizi öldürür. Oqtay bilir ki, Firəngiz bu gün səhnəyə çıxmışdırsa da, sabah yenə də Aslan bəylərin təhriki ilə səhnədən gedəcək, yenə əllərdə oyuncağa çevriləcəkdir. Firəngizi öldürməkdə Oqtayın məqsədi onu ideal bir vəziyyətdə yaşatmaq, onun yenidən əllərdə oyuncağa çevrilməsinə imkan verməməkdir.
        Oqtay Eloğlu XX əsr Azərbaycan ziyalılarının, vətənpərvər, əməlpərvər gənclərin ümumiləşdirilmiş obrazıdır. Bu qəhrəman böyük dramaturqumuzun yaratdığı qüvvətli, işıqlı insan xarakterləri içərisində xüsusi bir yer tutur.
        «Oqtay Eloğlu» əsəri bu gün də Azərbaycan həyatının müəyyən tarixi dövrünü, həmin dövrün əməlpərvər gəncliyini əks etdirən bir sənət nümunəsi kimi çox qiymətlidir. Əsər bu günümüz üçün də aktualdır, tez-tez tamaşaya qoyulur və oxucular tərəfindən sevilə-sevilə oxunur.