İnşa kitabı : Doğma şəhərim (kəndim) haqqında əcnəbi turistə nə söyləyərdim? - hazır inşa

Diqqət!

Saytdan daha rahat istifadə etmək üçün kompyuterlə daxil olmağınız tövsiyə olunur: insakitabi.blogspot.com

Doğma şəhərim (kəndim) haqqında əcnəbi turistə nə söyləyərdim? - hazır inşa

Doğma şəhərim (kəndim) haqqında əcnəbi turistə nə söyləyərdim? - hazır inşa

        Mənim doğulub boya başa çatdığım, canımdan əziz bildiyim, sevdiyim, daima, fəxr edib öyündüyüm əziz diyar, qədim şəhər Bakı! Bu şəhər Azərbaycanımızın döyünən ürəyi, vuran qəlbi, onun paytaxtıdır. İki min ildən çox yaşı olan bu qədim şəhər Abşeron yarımadasında yerləşərək, mavi gözlü, çılğın Xəzərin cənub - şərq sahilində, geniş Bakı buxtasında yerləşir. Onun sahilindən üzüyuxarı cərgə binalar, evlər ucalır. Dəniz sahilindən bulvardan başlanan ağaclar, kollar və yaşıllıqlar şəhərimizə xüsusi gözəllik verir.
        Doğma Bakımın gecələri, xüsusilə gözəl olur. Belə ki, sahil boyu uzanan işıq zolaqları sahilə yan almış gəmilər, uzaqdan mavi Xəzərimin sularında bərq vuran neft buruqlarının işıqları şəhərimi daha da gözəl və füsunkar edir. Kilometrlərlə uzanıb gedən dənizkənarı bulvar, qəşəng terrasalar, dekorativ kollar, yamyaşıl ağaclar şəhərimizi bir daha gözəlləşdirir. Milli parkımız Bakı əhalisinin ən sevdiyi istirahət məkanlarındandır.
        Bakı çox milyonlu bir şəhər olması ilə yanaşı, çoxsaylı millətlərin məskunlaşdığı rahat, sevə-sevə yaşadığı bir şəhərdir. özünü vətəndaş hesab edən hər bir şəxs doğulub-yaşadığı yeri müqəddəs saymalı, onun bütün tarixi keçmişini, milli adət-ənənələrinə yaxından bələd olmalı, bu xüsusiyyətləri həm təbliğ edib yaymalı, həm də növbəti nəsillərə ötürməlidir. Belə insan gözəl vətəndaş, fədakar vətənpərvər olur.
        Mən də vətənini, doğma şəhərini sevən bir şəxs kimi düşünürəm ki, böyük-kiçikliyindən asılı olmayaraq hər insanın qarşısında böyük işlər durur. Əgər mən hər hansı əcnəbi turistlə görüşərəmsə ilk növbədə ona Vətənimin ən nəcib keyfiyyətlərini aşılamağa çalışmalıyam. Əcnəbi turist mənim kim olduğumu Vətənim haqqında təssüratlarla ifadə edəcək. Odur ki, gərək geniş mənada Vətənim haqqında, doğulub yaşadığım şəhər (kənd) haqqında hər cür məlimatlara malik olub, tarixini gözəl bilib, adət-ənənələrə bağlı olasan.
        Əcnəbi turistə ilk söyləcəyim fikir Ulu Vətənim Azərbaycanın zəngin tarixi keçmişindən, bitib-tükənməz sərvətlərindən, milli adət-ənələrindən faktlara dayanmış məlumat verərdim. Millətimin ən qədim millətlər arasında imzası olan bir məğrur qəhrəman, vətənpərvər millət olduğunu ərz edərdim.
        Əsrlər boyu millətim hər bir xalqa qucağını geniş açıb, ürəyində yer verən qonaqpərvər millət olduğunu vurğulayardım. Nizami, Füzuli, Sabir, C.Məmmədquluzadə dühasından, Üzeyir musiqisindən, Mübariz, Fərid, llqar qəhrəmanlığından, Ramil qeyrətindən söhbət açardım.
        Doğulduğum, sevə-sevə boya-başa çatdığım Bakımdan, onun gözəlliyindən, dünəni, bu günü, parlaq gələcəyindən danışardım. Hər bir daşı, qəmbəri düşmən tapdaqlarına məruz qalmış Bakının əzəmətli abidələrindən söz açardım.
        İlk növbədə qədim tarixə malik olan İçərişəhər, əzəmətli «Qız qalası», Şirvanşahlar sarayı və uca minarəli məsciddən danışardım.
        XII əsr memarlığının şah abidəsi sayılan, Şirvan hakimlərinin iqamətgahı «Şirvanşahlar sarayı»nın möhtəşəmliyindən, «Atəşgah»ın müqəddəsliyindən, Içərişəhərdə Azərbaycanın ən qədim məscidlərindan sayılan «Həzrəti Məhəmməd» məscidindən danışar, fürsət olarsa onlarla əyani tanışlıq yaradardım.

Hiç yorum yok:

Yorum Gönder