İnşa kitabı : Ana haqqı - Tanrı haqqı (Hazır İNŞA)

Diqqət!

Saytdan daha rahat istifadə etmək üçün kompyuterlə daxil olmağınız tövsiyə olunur: insakitabi.blogspot.com

Ana haqqı - Tanrı haqqı (Hazır İNŞA)

Ana haqqı - Tanrı haqqı (Hazır İNŞA)


Cahanda yox elə bir qüwə baş əyim ona mən,
Fəqət nə güclü, zəif bir vücud var, yahu,
Ki, hazıram yıxılıb xaki-payinə hər gün,
Öpüm ayağım içi ilə. Kimdir o? Nədir o?

        Böyük şair-dramaturq Cəfər Cabbarlının hər gün səcdə qılıb ayağından öpməyi özünə fəxarət sandığı varlıq anadır.
        Ana! Hər dəfə bu sözü tələffüz edəndə sonsuz qürur duyuram, qəlbim fərəhdən genişlənir. Bu, sadə bir söz olsa da, məna tutumu çox zəngindir. Bu sözlə Yer üzündə ən mehriban və munis, ən böyük və əzəmətli varlıq olan anamıza xitab edirik.
        Məşhur şairlər, filosoflar ana haqqında bir-birindən gözəl təşbehlər işlətmişlər. Anaların şərəfinə çoxlu şeirlər yazılıb, mahnılar bəstələnib. «Ana qəlbi möcüzələr xəzinəsidir», «Ananın məsuliyyəti böyük, vəzifəsi müqəddəsdir», «Analar böyük vəzifələrini yerinə yetirdikdə heç bir əvəz almaq fikrində olmurlar»...
        Ancaq bu ifadələrdən hər biri nə qədər gözəl səslənsə də, onlardan hər birinin məna yükü nə qədər dərin olsa da, ananın əzəmətini, ucalığını, həyatımızdakı rolunu bütün dolğunluğu ilə tam əks etdirmir. Ana əlçatmaz zirvədə dayanır. Böyük Azərbaycan yazıçısı M.S.Ordubadi bunun təsdiqi kimi yazmışdır: «Ana! Dünyada sənin müqəddəsliyini təyin edə biləcək heç bir ölçü yoxdur, sənin əzəmətini təsvir edə biləcək hələ heç bir kitab yazılmayıb». Biz ananı - «Ana Vətən» deyib havasını udduğumuz, çörəyini yediyimiz, üstündə gəzdiyimiz Vətənə, «Ana dilim» deyib ruhumuzun ifadəsi, varlığımızın təsdiqi olan doğma dilimizə bərabər tuturuq. Bir də ana uca Tanrı ilə müqayisə olunur. «Ana haqqı - Tanrı haqqı» deyib müdriklər. Tanrı yeri-göyü yoxdan xəlq edib, bəşər övladı isə ana bətnindən dünyaya göz açır. 

Hiç yorum yok:

Yorum Gönder