İnşa kitabı : Azərbaycanın inkişafında neftin rolu (Hazır İNŞA)

Diqqət!

Saytdan daha rahat istifadə etmək üçün kompyuterlə daxil olmağınız tövsiyə olunur: insakitabi.blogspot.com

Azərbaycanın inkişafında neftin rolu (Hazır İNŞA)

Azərbaycanın inkişafında neftin rolu (Hazır İNŞA)


        Keçmişinə baxıb qürur duyduğum, bu gününə baxıb sevindiyim, gələcəyi uğrunda çalışıb-çarpışdığım, özümü, rahatlığımı tapdığım, azad gəzdiyim sevimli vətənim! Azərbaycan! Qərinələrin otayından boy göstərən, yeri uca dağ zirvəsində olan qədim, gözəl diyar. Uca yaradan heç bir nemətini səndən əsirgəməyib.
        Ana yurdumun əlverişli iqlim şəraiti təbiətimizə neçə-neçə çalar qatıb. il boyu minlərlə turisti qoynuna alan başı qarlı dağlarımız, şaqraq çaylarımız, gur çeşmələrimiz, yaşıl ormanlarımız, bol nemətli bağlarımız bu yurdu cənnətməkana çevirib.
        Azərbaycan təbii ehtiyatlarına görə dünyanın ən zəngin ölkələri sırasındadır.
        Milli sərvətimiz olan neft Vətənimin inkişafında əsas yer tutur. Azərbaycan nefti yüz illər boyu əcnəbilərin inhisarında olub. Neftimiz uğrunda böyük imperiyalar çarpışıb, doğma yurdumun başı bəlalar çəkib. illər boyu bu qiymətli sərvətimizin səmərəsinə həsrət qalmış Vətənim yalnız müstəqillik əldə etdikdən sonra öz neftini dünya bazarına özü çıxarmağa başladı. Yalnız 1994-cü ildən imzalanmış neft müqavilələri xarici şirkətləri Xəzər dənizində yerləşən yataqların işlənməsinə cəlb etdi. Neft layihələri gerçəkləşdi Azərbaycanımızda yaranmış siyasi və iqtisadi sabitlik xalqımızın neft arzularını həyata keçirdi, reallaşdırdı.
        «Bakı-Tbilisi-Ceyhan» neft kəməri işə salındı. Neft sahəsində digər uğurlu layihələr həyata keçirildi. Vətənimiz hər il «qara qizıl»ın hasilatından milyardlarla dollar gəlir əldə edir ki, bu da Azərbaycanın çox böyük valyuta ehtiyatıdır.
        Milli sərvətimiz olan neftin satışından əldə olunan vəsait hesabına Azərbaycanımız, gözəl Bakımız gündən-günə dəyişir, abadlaşır, inkişaf edir.
        Milli sərvətimiz olan neft iqtisadiyyatımizda böyük canlanma və dəyişiklik yaratmışdır. Neftdən gələn gəlir sayəsində əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsi güclənir. Ordumuzun qüdrəti artır. Buradan gələn kapitalın hesabına Azərbaycan iqtisadi inkişafın orta tempinə görə dünyanın qabaqcıl ölkələri sırasında addımlayır.

Hiç yorum yok:

Yorum Gönder