Bakı haqqında (Hazır İNŞA)
Dəniz sahilində fəxrlə dayanırsan. Səni bizim bütün xalq, mənim Bakımı salamlayır.
Doğma şəhərə sevgi - ətrafımızdakı hər şeyə, nəfəs aldığımız havaya, bizi əhatə edən gözəl insanlara sevgidir. Mən Bakıda doğulub böyümüşəm, buna görə də mənim yaşadığım şəhər mənim üçün belə qiymətlidir. Uşaqlıqda böyüdüyün və qalan ömrünü yaşayacağın doğma şəhəri sevməmək olmaz.
Bakı Xəzər dənizinin ən mühüm limanıdır. Bakı öz coğrafi mövqeyi sayəsində Abşeronun baş şəhərinə çevrilib. Bakının təbiəti valehedicidir. Hər səhər Xəzər dənizinin zümrüd ləpələri onun sahilini incə sığallayır. Günəş öz şəfəqləri ilə bütün şəhərə saçdıqda, doğma paytaxtımız qızılı nura bürünür. Təbiət öz nemətlərini bu zəngin torpağa əsirgəmədən vermişdir. Şəhərin başlıca sərvəti onun yeraltı yataqlarıdır. Bu barədə qədim yunan coğrafiyaçısı Strabon belə yazmışdır. Bu torpağın təkindəki gizli quyu yataqlarında daldalanmış, özünügizlətmiş ecazkar qaynar yağ - neft idi. Bu günlərdə Bakının neft mədənləri bütün dünyada məşhurdur. Azərbaycan nefti emal edilərək ondan dərmandan tutmuş, benzinə qədər yüzlərlə qiymətli məhsul alınır.
Heyranedici dəbdəbəli memarlıq abidələri öz gözəlliyi ilə adamı heyrətə salır. Daş həqiqətən möcüzələrin yaradıldığı tikinti materialı kimi qədim Abşeron ustalarının əlində əsas tikinti məmulatı olmuşdur. Bu möcüzələrdən biri də Şirvanşahlar saray kompleksidir. Köhnə Bakıda qədim arxitektura abidəsi əsrlər boyu davam gətirmiş Qız qalasıdır. Bakıda Nizami muzeyi, Elmlər Akademiyası, Opera və balet teatrı, Azərbaycan xalçaçılıq muzeyi və digər çoxlu yeni binalar da inşa edilib. Bakı buxtası boyunca bir neçə kilometr uzanan sahilyanı Milli park bizim digər möcüzələrdəndir. Onun yaşıllıq və fontanları, orada dincələn minlərlə insanı bərk istilərdən qoruyur. Hündür təpəliyi örtən Dağüstü parkdan baxanda Bakı buxtasının və bütün şəhərin canlı mənzərəsi görünür. Bakı ən gözəl şəhərlərdən biri kimi, son illərdə inkişaf edir və yenidən yaranır. Yeni tikililər əvvəlki Bakının sərhədlərini çoxdan aşıb və köhnə məhəllələrin görünüşünü tanınmaz hala gətirib. Yeni tikililərə, kafelərə, maqazinlərə, mehmanxanalara, kinoteatr və saysız fontanlara baxanda Azərbaycan xalqının rahatlığı üçün nələr edildiyinə bir daha əmin olursan. ibrətamiz keçmişinə diqqət yetirəndə, şan-şərəfli bu gününə və gələcəyinə baxanda Bakını sevməyə bilməzsən.
Mən öz şəhərimi qiymətləndirirəm və onunla fəxr edirəm. ö z şəhərim haqqında danışanda mən sevinclə, yüksəklərə qalxaraq, fəxr hissi keçirirəm. Mən böyüyəndə mütləq doğma şəhərimizin çiçəklənməsi yolunda, öz töhfəmi əsirgəməyəcəyəm.
Hiç yorum yok:
Yorum Gönder