İnşa kitabı : Başqasının uğuruna sevinən xeyirxahlıqla zəngindir (Hazır İNŞA) - 3

Diqqət!

Saytdan daha rahat istifadə etmək üçün kompyuterlə daxil olmağınız tövsiyə olunur: insakitabi.blogspot.com

Başqasının uğuruna sevinən xeyirxahlıqla zəngindir (Hazır İNŞA) - 3

Başqasının uğuruna sevinən xeyirxahlıqla zəngindir (Hazır İNŞA) - 3


        İnsanda xarakterin formalaşması, onun ətraf aləmlə ilk təmasından başlayır. insanların bir-birilə qarşılıqlı münasibətləri, ürəyiaçıqlıq, məsuliyyət, məhəbbət, minnətdarlıq kimi xüsusiyyətlər, bütün dövrlərdə yazılmamış qanun kimi öz təşəkkülünü tapmışdır. Amma biz bilirik ki, tamamilə ürəyiaçıq, ya da tam qəddar insan yoxdur. İnsanda həmişə bu və ya digər xüsusiyyətlər cəmlənmişdir. Xeyirlə şər bir-birilə daima növbələşərək bizi ömür boyu izləyir. Əgər nəzərə alsaq ki, xarakter, maraqlar, planlar, dünyagörüş və bacarıqlar elə insanların öz sayı qədərdir, onda məlum olar ki, xeyir şərlə daima mübarizədədir. Həyatda hansısa məqsədə istiqamətlənərkən insan özündən asılı olmayaraq özü-özünə qiymət verir.
        Həyatda yaşadığı məqsədə görə onun özünə verdiyi yüksək və ya aşağı qiyməti müəyyən etmək olar. Əgər insan bütün material dəyərləri ələ keçirmək istəyirsə, deməli, özünə də elə həmin səviyyədə də qiymət verir. Amma insan, digərlərinə yaxşılığı, xəstəlik zamanı iztirabların yüngülləşdirilməsində kömək və.s bu kimi müsbət hisslərlə yüklənibsə bu insan özünü insanlığı səviyyəsində qiymətləndirir. O, özünə, insana layiq addımlarla addımlayır. Axı, yalnız həyatı vacib addımlar həyat yolunda inamla irəliləməyə və həyatı ləyaqətlə yaşamağa kömək edir.
        Heç kəs səhv etməkdən sığortalanmayıb. Amma həyat məqsədinin səhv seçilməsi ən böyük tale yönümlü səhvdir.
        Yeni vəzifədə ola bilmirsənsə məyus olursan, öz kolleksiyan üçün yeni marka ala bilmirsənsə - məyusluq, kiminsə avtomobili daha gözəldir - yenə də məyusluq, özü də necə. Maddi dəyərlərin və ya karyera artımının öz həyatı məqsədi hesab edən insanlar daha çox məyus olur, hər şeyi itirmək təhlükəsi ilə üzləşirlər. öz yaxşılığı ilə sevinən insan nəyi itirmək təhlükəsindədir? Yaxşılığın təkcə həyati prinsip olaraq ağıl tərəfindən diktə ilə deyil, ürəkdən gəlməsi çox vacibdir.
        Məhz bu səbəbdən əsas həyat məqsədi, təkcə şəxsi uğur və inkişaf olmamalıdır. O, öz ölkəsinə, insanlara, yaşadığı şəhərə sevgi ilə yoğrulmuş, xeyirxah işlərlə xidmət edəcək olmalıdır. Çünki biz insanlar arasında yaşayırıq və bizim taleyimiz məhz onlarla sıx əlaqədədir. Hər bir insan digər insanın maraqlarını nəzərə almalıdır. Ona hörmət etməli, qayğı ilə yanaşmalıdır. İndividualistlər - yəni o insanlar ki, yalnız özlərini düşünürlər - çox cəmiyyət daim çətinliklər və bəlalarla dolu olacaq. Təbii ki, insan ürəyi geniş, xeyirxah və qayğıkeş olmalıdır. Kimdəsə bu hisslər artıq paslanıbsa, o, gərək tezliklə özü ilə mübarizə aparsın və özünü islah etsin. Çünki cəmiyyətdə baş verən bir çox hadisələr, bumeranq tək insanın özünə qayıdır. Bütün bu çətinliklərdən çıxdıqdan sonra, cəmiyyətimiz kamil bir cəmiyyətə çevriləcəkdir.

Hiç yorum yok:

Yorum Gönder