Bəşər, sivilizasiya, yer kürəsi (inşa-fikir) (Hazır İNŞA)
İnsan təbiətin bir hissəsidir. Sivilizasiyanın inkişafı nəticəsində bəşər gücləndi və özünü təbiətdən üstün səviyyədə qoydu. Onun belə etməyə haqqı varmı? Axı, o Yer kürəsinin məhsullarından bəhrələnir, amma necə? Yeraltı sərvətləri boşaldır; havanın filtri olan meşələri qırır; oksigenlə nəfəs aldığı halda atmosferə tonlarla zəhərli tullantı buraxır; zavod tullantıları axışan sulardan içir; zəhərlənmiş torpaqda becərilmiş məhsullarla qidalanır. Görəsən çoxmu insan bu haqda düşünür ki, təbii resursların bu cür qaydasız və intensiv istifadə edilməsi ilə onlar nə vaxtsa tükənəcək? Hərə özü üçün belə fikirləşir: «mənim əsrimə çatar!». Bununla yanaşı, həmin adam, onun ölkəsində və ya şəhərində fəlakətlər baş verdikdə çox təəccüblənir: güclü leysanlar evləri uçurur və yaxud onlar yerin altına batırlar; kanalizasiya boruları dağılır və onların üfunətli axını çaylara, göllərə və ya dənizlərə tökülür, kurortlar bağlanır və həmin suyu hələ uzun bir müddət içmək olmaz; atom elektrik stansiyalar partlayır və torpaq bizə mutantlar bəxş edir.
Bəzi poqonlu insanlar nüfuz və çoxlu pul qazanmaq xatirinə bir çox heyvanları qırdılar və onların bəzi növlərini artıq əvvəlki vəziyyətinə qaytarmaq mümkün deyil və yaxud hansısa qoruqda barmaqla sayılası qədər qalmışdır. Məgər vəhşi heyvanla otyeyən heyvanı ayırd etmək çətindir? Vəhşi heyvan şikarını ovlayarkən bircə şey istəyir - yeyib doymaq. O, adət üzrə ona lazım olandan çox öldürməz. Və bunda bir harmoniya və uyğunluq qanunu hökm sürür. İnsan isə gördüyü və qarşılaşdığı hər şeyi məhv edir, ona çoxlu və daha çoxlu lazımdır, o div addımları ilə özünü uçuruma aparır.
Ətrafa boylanıb dünyaya baxsaq, başa düşərik ki, bizim planet birdəfəlik istifadə üçün nəzərdə tutulmamışdır.
Hiç yorum yok:
Yorum Gönder