Bilik və müdriklik insanı bəzər (Hazır İNŞA) - 1
Nə isə bilməyib öyrənmək istəyirsənsə ondan utanma,
Bilməyib öyrənmək istəmirsənsə, bundan utanmaq lazımdır.
Bilməyib öyrənmək istəmirsənsə, bundan utanmaq lazımdır.
(Nəsir Xosrov)
Bizim həyatımız elə qurulub ki, hələ uşaq çağlarından qoca vaxtlarımıza qədər hər gün yeni bir bilgi əldə edirik. Əlifbanın ilk hərflərini öyrənən bir uşaq artıq hecalamağa başlayır, sonra isə söz qurmağa çalışır. Tədricən zaman keçdikcə onun dünya görüşü genişlənir. Artıq birinci sinifə gedən uşaq müəlliminin köməyi vasitəsi ilə elmlər aləminə addım-addım irəliləyir. Müxtəlif məktəb dərslərini öyrənərək uşaq inkişaf edir.Lakin əldə etdiyimiz bilik və məlumatlar bununla yekunlaşmır, biz əlavə olaraq kitablardan, jurnallardan, televiziya verilişlərindən də yeni bilgilər qazanırıq. Insanların yeni bilgilər əldə etmək istəyi müxtəlif tamaşaları, sərgiləri və muzey ekskursiyalarını maraqlı edir. Bu cür tədbirlərdən biz çoxlu maraqlı və mənalı bilgilər əldə edirik. Lakin bunlarla yanaşı, müasir zamanda ən mütərəqqi məlumat mənbəyi kompyuterdir, daha doğrusunu desək kompyuter vasitəsi ilə daxil olduğumuz internet aləmidir. Bu möcüzəvi aləmdən ürəyiniz istəyən bilgini əldə etmək mümkündür. Halbuki, bu aləmi yaradan insan oğludur. Görəsən bütün nəzərdə tutduğunu yekun nəticəyə çatdırmaq üçün nə qədər biliyə malik olmalısan? Demək ki, kompyuter proqramları sahəsində çalışan insan çoxlu kitab oxuyub və hər zaman kamilliyə doğru irəliləyirdi. Yəqin ki, bütün bu kitablar nəinki texniki, həmçinin bədii kitablar olublar, çünki hazırlanan proqramlar dəqiqliklə işlənmişdir.
Müəllimlərimiz bizi hələ məktəb illərində xeyirli və lazımlı məlumatlarla maraqlandırırdılar. Biz buna görə öz müəllimlərimizə çox minnətdarıq və bildirmək istəyirəm ki, bu barədə bir müdrik insanın söylədiyi fikir mənim çox xoşuma gəlir: «Müəlliminə əbədiyyən minnətdar ol. O, səndən kamil bir insan yetişdirmişdir».
Məktəbi bitirəndən sonra biz daha böyük və daha ağıllı olacayıq. Bir çox şeyə biz artıq yetkin insan kimi baxacayıq. Bizim təfəkkür tərzimiz daha da ciddiləşəcək. Hələ qədim zamanlarda böyük alim Hiloni deyirdi:
«Müdrik insan öz əməlləri ilə tanınanda,
Onun müdrikliyinin dəyəri də artacaq».
Onun müdrikliyinin dəyəri də artacaq».
Biliyə və elmə can atmayan insanı cahil insan adlandırırlar. Belə bir insanla bir yerdə olmaq çox maraqsızdır və həddindən artıq darıxdırıcıdır. Ona görə geniş surətdə elmə, biliyə yiyələnmək və irəliləmək lazımdır. Bizim elmimiz və bildiklərimiz bizim gələcəyimizdir. Hər bir insan müdrik və dahi insan Nizaminin söylədiklərinə gərək əməl etsin:
«Bir eim öyrənmək istədikdə sən,
Çalış ki, hər şeyi kamil biləsən,
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan».
Çalış ki, hər şeyi kamil biləsən,
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan».
Hiç yorum yok:
Yorum Gönder