İnşa kitabı : "Çörək bol olarsa, basılmaz vətən" (Səməd Vurğun) - hazır inşa

Diqqət!

Saytdan daha rahat istifadə etmək üçün kompyuterlə daxil olmağınız tövsiyə olunur: insakitabi.blogspot.com

"Çörək bol olarsa, basılmaz vətən" (Səməd Vurğun) - hazır inşa


"Çörək bol olarsa, basılmaz vətən" (Səməd Vurğun) - hazır inşa

çörək haqqında inşa, corek haqqinda insa

        Səməd Vurğun həmişə böyük ideallar, böyük duyğular və arzularla yaşamışdır.
        Vurğun sənətinin kökü xalqın bağrında, Azərbaycan torpağındadır. Buna görə də onun misralarında yarpız ətri, bülbül cəh-cəhi, Azərbaycan çörəyinin dadı-duzu var.
        Böyük Vətən müharibəsi hadisələri, müharibə əhvali-ruhiyyəsi, xalqın və ordunun vətənpərvərliyi, qəhrəmanlığı Səməd Vurğun yaradıcılığının əsas mövzusu idi. Onun «Tarla nəğməsi» şeirindən götürülmüş «Çörək bol olarsa, basılmaz Vətən» misrası da sanki bizim bu günümüz üçün deyilmişdir.
        Doğma diyarımızın 20%-i işğal altında olduğu bir vaxda, bundan da aktual mövzu ola bilməz.
        Çörək elin sərvətidir. Çörək əvəzolunmaz bir nemətdir. Çörək həyatdır, yaşayışdır. Biz müharibə şəraitində yaşayan bir xalqıq. Bizim güclü dövlətimiz, ordumuz və güclü iqtisadiyyatımız var. Biz müharibə istəmirik. Torpaqlarımızı sülh yolu ilə geri qaytarmağa çalışırıq. Lakin lazım gəlsə biz torpaqlarımızı müharibə ilə də almağa hazırıq. Müharibəni qələbə ilə sona çatdırmaq üçün güclü dövlət, gözəl əhvali-ruhiyyə lazımdır. Elə bizim əvəzsiz sərvətləri olan torpaqlarımız, xalqımızın firavan həyatı, Azərbaycanımızın gündən-günə abadlaşması ox olub düşmənin gözünə sancılıb. inşallah bu ox düşmənin gözünü tezliklə ovub keçir.


Üfüqlər qızarıb, güləndə səhər,
Bülbül öpə-öpə oyatsın gülü.
Çırmayıb qolunu qızlar-gəlinlər
Yığsın qucağına sarı sünbülü.
Torpağa düşməsin havayı bir dən,
Çörək bol olarsa, basılmaz Vətən!

        Çörək olan yerdə gülüş də var, mahnı da. Çörək insanın ən vacib qidasıdır. Əgər əsgərlərimiz yaxşı qidalanmasa qolunda güc-qüvvət olmaz. Düşmən əsgərlərimizin zəifliyindən istifadə edər.
        Çörəyi uca tutmaq, qorumaq hər birimizin vəzifəsidir. Hər bir Azərbaycan vətəndaşı çalışır ki, buğda dənəsi torpağa düşüb itkiyə getməsin, bir tikə çörəyin də qədrini bilməliyik.
        Mən arzu edirəm ki, çörəyimiz həmişə bol, xalqımız ruzi-bərəkətli, torpaqlarımız basılmaz olsun!

1 yorum: