Doğma şəhərimiz - hazır inşa
Müstəqil Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəridir. Mən bu şəhərdə doğulub boya-başa çatmışam. Mən doğma şəhərimlə fəxr edirəm. Burada çoxlu muzeylər, parklar, teatrlar, qalereyalar, restoranlar və bir çox başqa əyləncə mərkəzləri vardır. Gözəl gəzinti yerləri daim turistlərin, şəhərin qonaqlarının, yerli əhalinin diqqət mərkəzindədir.İçərişəhər Bakının beşiyi hesab olunur. Arxeoloji qazıntılar zamanı burada V-VII əsrlərə aid tikililər tapılmışdır. İçərişəhər X-XII əsrlərdə tikilmiş möhtəşəm qala divarları ilə əhatə olunmuşdur. Qoşa Qala qapısında iki şir və onların ortasında öküz başı təsvir olunmuşdur. Rəvayətə görə şirlər qalanın əhalisinin cəngavərliyin, öküz başı isə buradakı firavanlığın rəmzidir. İçərişəhər özünəməxsus dar küçələri, dalanları, milli memarlıq üslubunda inşa edilmiş tikililəri ilə açıq səma altında muzeyi xatırladır. Buradakı qədim tikililərdən biri də Qız qalasıdır. Hündürlüyü 28 metrə çatan bu nadir memarlıq abidəsi XII əsrin yadigarıdır. Davud oğlu Məsud tərəfindən tikdirilən bu abidə indi şəhərimizin rəmzinə çevrilmişdir. Şərq ölkələrində çoxlu sayda eyniadlı qalalar tikilsə də, içərişəhərdəki qala öz möhtəşəmliyi ilə digərlərindən fərqlənir. Onun «Qız qalası» adlandırılması isə qalanın alınmazlığına işarədir.
İçərişəhərdəki Şirvanşahlar sarayı da gözəl memarlıq nümunəsidir. Sarayın möhtəşəmliyi, divarlardakı naxışlann incəliyi adamı heyran qoyur. Bu sarayı XV əsrdə Şirvan şahı Xəlilullah özünümüdafiə məqsədi ilə tikdirmişdir.
Mənim doğma şəhərim Bakı həm də müasir şəhərdir. Onu obrazlı şəkildə həmişəcavan şəhər adlandıranlar səhv etmirlər. Belə ki, sonrakı dövrlərdə qala divarlanndan kənarda bayır şəhər formalaşmışdı. XIX əsrin ortalarından Abşeronda sənayenin, o cümlədən də neftçıxarmanın inkişafı şəhərin sürətlə böyüməsinə səbəb olmuşdur. Əgər içərişəhər üçün dar küçələr, kiçik məhəllələr xarakterikdirsə, bayır şəhərdə yeni dövrün tələblərinə uyğun geniş küçələr, prospektlər inşa olunmuş, bağlar, parklar salınmışdır.
Bakılılar bura gələn qonaqlara belə deyirlər. Bakıya gəlib sahilboyu uzanan bulvarı gəzməmisənsə, deməli, heç bu şəhərdə olmamısan. Zarafatla ifadə olunan bu sözlərdə bir həqiqət payı var. İndi Dənizkənarı Milli Park adlanan bulvar həqiqətən, Bakının vizit vərəqinə çevrilmişdir. Sahilboyu bir neçə kilometr uzanan bulvar ilk növbədə əla istirahət məkanıdır. Buradakı sakit mühit, genişlik, təmiz dəniz havası, yaşıllıqlar, oyun qurğuları, milli xörəklər bişirilən restoranlar həm uşaqlara, həm də böyüklərə, sözün əsl mənasında, «gəl-gəl» deyir. Bakı buxtasında gəmi ilə dəniz gəzintisinə çıxmağın isə bir özgə ləzzəti var. Bakı buxtasında açıq dənizdə yaradılan fəvvarə də geniş şöhrət tapıb. Təxminən 100 metrədək qalxan bu fəvvarəni cəsarətlə «dəniz gözəli» adlandırmaq mümkündür.
Bakı dünyada neft şəhəri kimi tanınır. Burada həm quruda, həm də açıq dənizdə «qara qızıl» çıxarılır. Paytaxt neftçiləri 1949-cu ildə Xəzəri ram edərək açıq dənizdə neft hasilatına başlamışlar. Burada estakadalar üzərində salınan şəhərin - «Neft daşları»nın isə dünyada analoqu yoxdur.
Bakı ölkənin mədəni mərkəzidir. Burada çoxlu elm və mədəniyyət ocaqları, ali məktəblər, texnikumlar, peşə məktəbləri var. Qeyd etmək xoşdur ki, dünyada yeganə olan xalçaçılıq muzeyi Bakıda fəaliyyət göstərir.
Bakının parklarını, küçələrini dahi söz ustadlarının, məşhur yazıçıların heykəlləri bəzəyir. Akademik Milli Dram Teatnnın qarşısındakı bu abidə dahi Füzulinin heykəlidir. Söz mülkünün sultanı Füzuli yenə xəyal aləminə qapılıb. Abidənin postamentində isə şairin əsərlərindən seçilmiş süjetlər həkk olunub. Bu, dahi Nizaminin abidəsidir. Abidə ilə üzbəüz, yaraşıqlı binada böyük söz ustadının adını daşıyan Azərbaycan Ədəbiyyatı Muzeyi yerləşir. Olməz şairimiz S.Vurğunun abidəsi isə şəhərin mərkəzi hissəsində böyük bir bağda ucalır. Memar S.Vurğunu ayaq üstə təsvir edib - o sanki tribunadan Vətənə böyük məhəbbətlə qələmə aldığı «Azərbaycan» şeirini söyləyir.
Hazırda şəhərimiz özünün yeni inkişaf dövrünü yaşayır. Təkcə son illərdə şəhərin ayrı-ayrı istirahət guşələrində çoxlu sayda fəvvarəli hovuzlar inşa edilmiş, yeni yaşıllıqlar salınmışdır. Bir çox ünvanlarda köhnə tikililər sökülərək onların yerində yeni, bir-birindən yaraşıqlı göydələnlər ucaldılır.
Bir sözlə, şəhərimiz gələcəyə doğru inamlı addımlar atır, qədimliyini saxlayaraq müasirləşir, daha cazibədar görkəm alır.
Hiç yorum yok:
Yorum Gönder