İnşa kitabı : "Don Kixot" əsərində humanizm və xeyirxahlıq ideyaları - hazır inşa

Diqqət!

Saytdan daha rahat istifadə etmək üçün kompyuterlə daxil olmağınız tövsiyə olunur: insakitabi.blogspot.com

"Don Kixot" əsərində humanizm və xeyirxahlıq ideyaları - hazır inşa

 "Don Kixot" əsərində humanizm və xeyirxahlıq ideyaları -  hazır inşa

        Dünya ədəbiyyatının görkəmli nümayəndələrindən biri Migel de Servantesdir. O, Avropa intibah mədəniyyəti tarixində satirik-realist roman ustası kimi tanınmış, özünün «Don Kixot» əsəri ilə dünya şöhrəti qazanmışdır. Əwəlcə cəngavərlik romanı yazmaq isləyən Servantes çox keçmədən bu fikirdən əl çəkmiş, «Don Kixot» əsərini də məhz cəngavərlik romanlarına parodiya kimi qələmə almışdır.
        «Don Kixot» romanı ümumbəşəri və dərin humanist ideyalar aşılayan gözəl sənət əsəridir. Əsərin qəhrəmanı Don Kixot oxuduğu cəngavərlik romanlarının təsiri altında romantik xəyallara düşərək keçmiş cəngavərlik ənənələrini yaşatmaq, şərə qarşı mübarizə aparmaq fikrinə düşür. O, keçmiş cəngavərlər kimi özünə Don Kixot adı verir, köhnə silahiarla silahlanır, Sanço Pansa adlı bir kəndlini də başdan çıxararaq özünə silahdaşıyan seçir və özünə xəyali bir «xanının» qəbul edərək yürüşə çıxır. Həmin gündən də Don Kixotun macəralarla dolu həyatı başlayır, başı bəlalar çəkir. Don Kixotun yer üzündə şərin kökünü kəsmək, haqq-ədaləti barpa etmək üçün göstərdiyi qəhrəmanlıqlar tamam əks nəticələr verərək onun özünə ziyanlar vurur. O, əvvəlcə yel dəyirmanlarını xalqa əzab verən əjdahalar hesab edir, sonra qoyun sürüsünü düşmən ordusu kimi başa düşür və onlarla mübarizəyə girişir. Sonra balaca çoban Andreasa arxa olmaq, hamilik etmək istəyir, kukla teatrının səhnəsində göstərilən tamaşanı həqiqi hesab edərək orada mavrlar tərəfindən mühasirəyə alınmış ispan kralını xilas etmək fikrinə düşür. Don Kixotun qəhrəmanlıqları hər dəfə onun özünün döyülməsinə, söyülməsinə təhqir olunmasına səbəb olur, axırda da bu «qəhrəman» özü donuz sürüsünün ayaqları altında qalaraq tələf olur.
        «Don Kixot» romanında himanizm və xeyirxahlıq ideyaları mühüm yer tutur. Don Kixotun başına gələn faciələrin hamısı onun özünün humanizmindən və qəlbinin xeyirxahlığından irəli gəlir. Qəhrəmanın qarşıya qoyduğu məqsəd, görmək istədiyi işlər nə qədər müsbət yönümlü olsa da, gücü çatmayan işə girişdiyinə və vaxtı keçmiş ənənələri yaşatmaq istədiyinə görə mənasızlaşır, onun özünü gülünc vəziyyətlərə qoyur.
        M. Servantesin «Don Kixot» romanı dünya ədəbiyyatı tarixində mühüm təsir gücünə malik bir əsər kimi şöhrət qazanmışdır və indi də oxucular tərəfindən sevilə-sevilə oxunur.

1 yorum: