İnşa kitabı : "Düzlük ən yaxşı siyasətdir" ifadəsi nə deməkdir? - hazır inşa

Diqqət!

Saytdan daha rahat istifadə etmək üçün kompyuterlə daxil olmağınız tövsiyə olunur: insakitabi.blogspot.com

"Düzlük ən yaxşı siyasətdir" ifadəsi nə deməkdir? - hazır inşa

"Düzlük ən yaxşı siyasətdir" ifadəsi nə deməkdir? - hazır inşa


Həyat ikiliklər üzərində qurulub. Xeyir-şər, doğru-yalan, yaxşı-pis, gündüz-gecə. Bu ikiliklər olmasa həyat inkişaf etməz. Bunlar daim birbirilə mübarizədə olmuş və həmişə xeyir, düzlük, haqq-ədalət qalib gəlmişdir.

İnsan nə qədər saf-təmiz, düz olarsa, o qədər üzü ağ olar, başını uca tutar. «Yalan söz üz qızardar», «Yalan ayaq tutar, amma yeriməz» kimi atalar sözlərini xatırlatmaq yerinə düşər. Yalan söz adamı hörmətdən salar. Doğru, düz adam həmişə qorxu və təşvişdən uzaq olar. Düzdür, doğruluq, düzlük, ədalət həmişə zərbələrə məruz qalmış, əzilmiş, lakin heç vaxt məhv edilməmişdir və edilə də bilməz. Bu siyasətdə də belədir.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Azərbaycan dövlətinin yeritdiyi düzgün iqtisadi və siyasi siyasət Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq bir nailiyyətə imza atdı, 155 ölkənin dəstəyi ilə Azərbaycan BMT TŞ-yə qeyri-daimi üzv seçildi, hazırda isə dünyanın ən mötəbər qurumuna sədrliyi həyata keçirir. ölkə başçısının apardığı düzgün diplomatik siyasət sayəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində üstünlük əldə olundu. Artıq dünyanın ən aparıcı beynəlxalq təşkilatları təcavüzkar Ermənistanı öz adı ilə çağırır və problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tələb edir. Bütün bunlar 20 illik qısa zaman kəsiyində düzgün həyata keçirilən böyük işlərdir. Həqiqətən də, düzlük ən yaxşı siyasətdir.

Hiç yorum yok:

Yorum Gönder